Yuxarı

Ekspert: Türkiyə bu əməliyyatla Əsədə mesaj verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli İstehbarat Təşkilatımızın (MİT) daha əvvəl Latakiyada keçirdiyi əməliyyatlara müxaliflər dəstək vermişdi. İndi isə Türkiyə bunu təkbaşına, dəstək olmadan həyata keçirdi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya işləri koordinatoru Oytun Orxan MİT-in Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində Reyhanlı hadisələrini planlaşdıran Yusuf Nazik adlı terrorçunun Türkiyəyə gətirilməsini şərh edərkən deyib.

“Bu əməliyyatlar İdlibdə baş verən yeniliklər fonunda qiymətləndirilməlidir. Əsəd rejiminin də ən güclü olduğu bir yerdən bu şəxsin gətirilməsi Türkiyənin hədəflərini göstərir. Bununla Türkiyə İdliblə bağlı rəqabət apardığı Suriya rejimi və rus qüvvələrinə ciddi bir mesaj verəcək”, - ekspert bildirib.

Xatırladaq ki, Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) əməkdaşları Suriyanın Latakiya bölgəsində keçirdikləri xüsusi əməliyyatla axtarışda olan terrorçunu ölkəyə gətiriblər. Əməliyyat nəticəsində saxlanılaraq ölkəyə gətirilən Yusuf Nazik Reyhanlı bölgəsində 52 nəfərin ölümünə səbəb olan teraktları planlaşdıran şəxsdir. O, ilk dindirilmədə hücumları planlaşdırdığını etiraf edib.

Tarix
2018.09.13 / 13:30
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla