Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2018


Qonşumuzda siqaretin qutusu 70 manata qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdudlaşdırılmasından sonra ölkə əhalisinin siqaret çəkən hissəsinin əksəriyyəti bütov qutu siqaret almaq imkanından məhrum olub. Çünki qara bazarda siqaretin bir qutusunun qiyməti 70 türkmən manatına qalxıb. Bu, rəsmi məzənnə ilə təqribən 20 dollar və ya 34 Azərbaycan manatı deməkdir.

Virtualaz.org xəbər verir ki, artıq iki aydır dövlət mağazalarında siqaret satılmır. Çünki Prezident Qurbanqulu Berdiməhəmmədov siqaret satışına qadağa qoyub. Siqareti ancaq özəl ticarət nöqtələrindən və alverçilərdən almaq olar, qiyməti isə dövlət qiymətindən az qala 3 dəfə baha...

Beləliklə, dövlət mağazasında qutusu 25 manata olan siqareti özəl ticarət köşklərindən 70 manata almaq olar. Belə ticarət nöqtələrinin sahibləri dövlət mağazalarının direktorları ilə sövdələşirlər və onlardan siqaretin qutusunu 30-35 manatdan alırlar. Əlbətdə ki, arxa qapıdan və anbarlardan.

Qara bazar qiymətləri ilə siqaretin bir ədədi çəkənlərə 3.5 manata başa gəlir. Nəticədə siqaret çəkənlər alverçilərdən siqareti ədədlə almağa məcbur olurlar.

Türkmənistanın dövlət mağazalarında tütün məhsullarının satışı avqustun sonlarında dayandırılıb. Ölkə əhalisi hesab edirdi ki, siqaretlər piştaxtalara Xalq Məsləhətinin sentyabrın 25-də keçirilən iclasından sonra qayıdacaq. Ancaq bu baş verməyib. "Türkmənistan xronikası” xəbər verir ki, hakimiyyət ölkəyə İrandan siqaret gətirilməsi kanalını bağlayıb. Siqaretləri Aşqabad aerportunda da müsadirə edirlər, hərçənd əvvəllər adambaşına iki qutu keçirməyə icazə verirdilər.

Tarix
2018.10.11 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Göydələndə yanğın: 100-dən çox sakin təxliyyə olundu

Tereza Mey təklif etdi, İrlandiya qəzəbləndi

Dünyanın ən nazik smartfonu təqdim edildi

Tramp açıqladı: Camal Qaşıqçı ölüb

NATO komandirinin olduğu iclasa hücum: general öldürüldü

Avropadan Səudiyyəyə hədə: Qaşıqçı istintaqı...

Putin cangüdənlərini necə "yedirdiyini" açıqladı

Hamımız bu problemlə qarşılaşacağıq - Putin

İranda cinayətlərin sayı kəskin artdı - Səbəb

Rusiyada qırıcı suya düşdü: Pilotlar sağ qaldı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla