Yuxarı

Pravoslavlıq parçalanır, Moskvanın 400 illik liderliyi bitir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:31

Konstantinopol Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Ukrayna Pravoslav Kilsəsinə müstəqilliyin verilməsi məsələsini müvəqqəti təxirə salıb.

Axar.az xəbər verir ki, sinod Ukrayna Pravoslav Kilsəsinə müstəqilliyin verilməsi prosesinə bağlı olduğunu və bu prosesin dolayısı yolla başladığını təsdiqləyib. Üstəlik, sinod Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi üzərindən anafemanın (Allahın adından icra edilən kilsə lənəti, cəza növü; xristianlıqdan çıxarma, mürtəd elan etmə, lənət oxuma – red.) götürülməsi haqqında qərar qəbul edib. Digər tərəfdən sinod Moskva Patriarxlığının Kiyevə mitropolit təyin etməsi haqqında 1686-cı ildə qəbul edilən qərarını da ləğv edib.

Rus Pravoslav Kilsəsi qəbul edilən qərarla bağlı sərt açıqlama verib:

“Bu qərar pravoslavlıqda parçalanmaya səbəb olacaq. Konstantinopol öz fəaliyyətləri ilə qırmızı xətti keçir və dünya pravoslavlığının vahidliyini pozur. Buna qarşı cavabımız qəti və sərt olacaq. Cavab yaranan situasiyaya adekvat olacaq”.

Ukrayna Pravoslav Kilsəsinin rəhbəri Filaret isə anafema haqqında qərarı alqışlayıb. O, bunun Ukraynada vahid kilsə yaratmağa yardım edəcəyini bəyan edib.

Ukrayna Prezidenti Pyotr Poroşenko baş verənləri Rusiyaya böyük zərbə adlandırıb:

“Ukrayna üçün avtokefaliyanın (müstəqillik) alınması müstəqillik və milli təhlükəsizlik məsələsidir. Bu, bütün dünya geosiyasətinin məsələsidir. Bu, Moskvanın dünya hökmranlığına iddia etdiyi Üçüncü Roma konsepsiyasının yox olması deməkdir”.

Qeyd edək ki, bununla bağlı ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker də münasibət bildirmişdi. Volker demişdi ki, Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılması Vladimir Putinin Ukraynanı itirməsi demək olacaq.

Tarix
2018.10.12 / 10:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla