Yuxarı

Qaşıqçı olayı Konqreslə Trampı üz-üzə qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mətbuatı son günlərdə İstanbuldakı Səudiyyə Baş konsulluğuna girdikdən sonra yoxa çıxan jurnalist Camal Qaşıqçı məsələsini ön plana çıxarıb. Yaxın günlərə kimi ABŞ Ər-Riyada qarşı mümkün sanksiyalar barədə açıqlama verməkdən çəkinsə də, artıq bu addımın ilk siqnalları müşahidə olunur. ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin investisiya konfransında iştirak etmək üçün gedəcəyi Ər-Riyad səfərini təxirə salıb. Həmçinin ABŞ Konqresi də Vaşinqtona təzyiqləri gücləndirib. Qanunvericilər sanksiya tələb edib və bu ölkəyə silah satışının dayandırılması, səfirin geri göndərilməsini istəyiblər.

Axar.az xəbər verir ki, mümkün sanksiyalar barədə RİA amerikalı ekspertlərin fikirlərini öyrənib.

Bu sahədə ekspertlərin fikirləri üst-üstə düşməyib. Onlardan bəziləri iqtisadi zərəri nəzərə alaraq, krallığa qarşı sanksiya tətbiqinin yolverilməzliyindən, digərləri isə “cəzalandırma”nın mütləq şəkildə baş tutacağından danışıb.

“Bu, fövqəladə qarışıq şəbəkədir, bu da Səudiyyə Ərəbistanına qarşı ziddiyyətli siyasətimizi daha da çətinləşdirəcəkdir. Biz səudiyyəlilərin etdiklərində qeyri-adi bir şey görmürük. Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etmək ABŞ üçün bir qədər çətin ola bilər, çünki neftləri ölkəmiz üçün vacibdir. Biz İranla olan problemin həllində onların köməyinə arxalanırıq”, - Corc Vaşinqton Universitetinin professoru Çarlz Qlaser deyib.

Çarlz Qlaserin bu fikirlərinə zidd açıqlamanı isə ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyində bir müddət diplomat kimi fəaliyyət göstərmiş Con Herbst verib.

“Administrasiya sanksiyalar məsələsinə köklənməsə də, Konqres buna hazırlaşır. Düşünürəm ki, nəsə baş verəcək. Hansısa formada sanksiyalar olacaq, çünki Konqresin, hətta prezident istəməsə belə, sanksiya tətbiq etmək hüququ var. Bunun üçün səslərin üçdə ikisi bəs edir. Məncə, Konqresin üçdə ikisi bu mövqedən çıxış edə bilər. Bu administrasiyanı fəaliyyətə keçməyə məcbur edə bilər. Səudiyyə Ərəbistanı bu insidentə cəlb olunub və bu, bilərəkdən edilib. Bu, səhv deyil. Onlar bu hadisənin bir siqnal olacağını bilirdilər”, - diplomat bildirib.

Tarix
2018.10.19 / 11:41
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla