Yuxarı

Paşinyan bu şəhərləri də ələ keçirdi - Seçki

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İrəvanda keçirilən seçkilərin nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, Razdan şəhərində baş tutan seçkidə Ermənistan Baş naziri Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sasun Mikayelyanın oğlu Sevak Mikayelyan qalib gəlib. Sevak Mikayelyan seçkidə 68,9% səs toplayıb.

Armavir vilayətinin mərkəzi Armavir şəhərində isə mer seçkisini hazırda merin səlahiyyətlərinin müvəqqəti icraçısı David Xudatyan qazanıb. Xudatyan Nikol Paşinyanın əsas tərəfdarlarından biri kimi tanınıb. Eçmiədzində də Vətəndaş Müqaviləsi Partiyasından Diana Qasparyan qalib gəlib.

Sünik vilayətinin mərkəzi Qafanda keçirilən seçkidə şəhərin mer vəzifəsinin müvəqqəti icraçısı Narek Babayan qalib gələ bilməyib. Onun yerinə seçkini bitərəf sahibkar Gevork Parsyan qazanıb.

Qeyd edək ki, ötəngünkü seçki Ermənistan tarixinin ən aşağı seçici aktivliyi kimi tarixə düşüb. Paşinyanın cidd-cəhdlə apardığı kampaniyaya baxmayaraq, seçicilərin 65 faizi seçkidə iştirak etməyib.

Tarix
2018.10.22 / 11:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla