Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Xristianlar İstanbulda barışdı: İslam dünyası nə düşünür?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə-Rusiya münasibətərindəki yeni məqamlar və Putinin Ankaraya səfəri, əslində, rəsmi Moskvanı diz çökdürmək üçün iqtisadi anlamda ölüm-dirim savaşına çıxmış Qərbə heç də xoşagələn perspektivlər vəd etmir".

Bunu Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.

O bildirib ki, Papa Moskva ilə bağlı Qərbin müəyyən mesajlarını Ankaraya çatdırmamış deyil:

"Papanın bu səfəri 1054-cü ildə bölünən və hər zaman aralarında amansız tarixi-siyasi rəqabət yaşanan bu iki kilsə arasında, 1964-cü ildən start götürən və "sevgi dialoqu" adını almış birləşmə sevdasının reallaşması istiqamətində prinsipial addım olaraq qiymətləndirilməlidir. Xristian dünyasının hər iki dini lideri - həm Papa Frensis, həm də dünya ortodoks xristianlarının lideri statusunda olan Bartalameus birləşmək mənasını verə biləcək açıqlamalar verdilər. Patrikin ictimaiyyətin qarşısında Papanın başını sığallayaraq alnından öpməsi isə xristian dünyasının birləşmək üçün ciddi səylər göstərməsinin ən vacib nişanəsi olaraq dəyərləndirilə bilər əslində. Və bütün bunlar Yaxın Şərqdə İslam dünyasını bürümüş sünni-şiə məzhəb çatışmalarının İŞİD və İran faktoru ilə yeni bir şəkil almasının fonunda baş verir. Əslində, bu iki kilsənin birləşməsi bu gün xristian dünyası üçün olduqca böyük mənəvi əhəmiyyət daşıyır. İstanbulu hər zaman Qərb xristianlığının müqəddəs məkanı, Aya Sofyanı isə öz rəmzi olaraq görən Qərb dünyası ən azından min ilə yaxındır ki, davam edən bu bölünməni və siyasi rəqabəti aradan qaldırmaq ümidindədir".

Analitikin sözlərinə görə, Qərb bu gün də Fənər Patrikliyini İstanbulda Bizansın təmsilçisi və varisi olaraq görür:

"Bildiyimiz kimi, 16 mart 1920-ci ildə İstanbul müttəfiqlər tərəfindən işğal edilərkən Patrikliyin binasının qarşısında Bizansın tarixi üzərində ikibaşlı qartal əks olunan bayrağı dalğalandırılmışdı. Lakin Fənər-Yunan Patrikliyinin ortodoks xristian dünyasında şəriksiz liderliyini şübhə altına alan Moskva və yunan provoslavlarının da mövcudluğu əslində, bu birləşmənin siyasi nöqteyi-nəzərdən hələ çox müzakirələrə və siyasi anlamda qarşıdurmalara yol açacağından xəbər verən amillərdir".

Tarix
2014.12.04 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Balkan böhranı: Serbiya danışıqları dayandırdı

Kiyev qarışdı: Radanın önünə 4 min polis yeridildi

Ərdoğan Trampdan incidi: Bir də zəng etməyəcəyəm

NATO Rusiya ilə sərhədləri gücləndirir

Yüksək vəzifəli məmurların həbsi başladı – Əməliyyat

Biz bu münaqişələri həll edə bilərik - Lukaşenko

Kosovada serb lider qətlə yetirildi

SSRİ-nin bayrağı rəsmiləşə bilər – Müzakirə

Putin məşhur şirkəti seçkiyə buraxmaqdan imtina etdi

Erməni generalın oğlu qəzada öldü

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla