Yuxarı

Taliban parçalanır: 70 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibanda təşkilat daxili çəkişmələr artır. Əfqanıstanın Zabul vilayətində terrorçular arasında baş verən son qarşıdurmada 70 təşkilat üzvü həlak olub.

Axar.az xəbər verir ki, hadisə vilayətin Haki Əfqan və Şahcuy rayonlarında baş verib. Təşkilatın ayrı-ayrı qruplaşmaları arasında baş verən hadisədə xeyli terrorçu yaralanıb.

"Anadolu" agentliyinin məlumatına görə, Zabul təhlükəsizlik qüvvələrinin başçısı Qulam Cilani yeni lider Molla Əhtər Məhəmməd Mənsur tərəfdarlarının daha az itki verdiyini deyib:

"Talibanın yeni lideri Molla Əhtər Məhəmməd Mənsura bağlı terrorçular ilə Mansur Dadullaha məxsus qruplaşma arasında qarşıdurma yaşanıb. Mənsur Dadullahın tərəfdarlarından 60 nəfər öldürülüb. Qarşı tərəf isə 10 silahlısını itirib".

Xatırladaq ki, Taliban lideri Molla Ömər vəfat etdikdən sonra təşkilat daxilində liderlik uğrunda mübarizə daha da artıb.

Tarix
2015.11.08 / 20:26
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla