Yuxarı

Snouden Merkelin dinlənmələri haqda danışacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaşıllar" partiyasının deputatı Ştrebelenin sözlərinə istinadən "Reuters" agentliyinin verdiyi xəbərə görə, ABŞ MTA-nın eks-əməkdaşı Snouden Alman prokurorluğuna və parlament üzvlərinə Almaniyanın kansleri Merkelin telefonunun dinlənməsi haqda danışmağa hazır olduğunu bildirib.

O, bildirib ki, oktyabrın 31-i Rusiyada keçmiş agentlə görüşüb və o, "çox şey bildiyini" göstərib. MTA Almaniya ilə əməkdaşlıqdan imtina etdiyindən Snouden şahidlik etmək üçün Almaniyaya gələ bilər.

Bu gün Ştrobele görüşün təfərrüatını danışmağı, eləcə də Snoudenin alman hökumətinə yazdığı məktubu ictimailəşdirməyi düşünür. O öz bloquna Snoudenlə əl sıxışdığı zaman çəkilən şəkli yerləşdirib.

Noyabrın 18-i bu məsələ Bundestaqda müzakirə olunacaq və Ştrobelenin partiyasının da daxil olduğu müxalifət istintaqın açıq aparılmasını tələb edəcək.

Ştrobele Snoudeni inandırıb ki, o Rusiya ərazisində də şahidlik edə bilər. Bu arada Rusiya Snoudenin hərəkətlərinin ABŞ-a xələl gətirməyəcəyi şərti ilə sığınacaq verib.

Xatırladaq ki, Snouden MTA-nın eks-əməkdaşı 35 ölkə başçısının dinlənilməsi haqda sənədləri mətbuata verib və Rusiyada sığınacaq tapıb.

Tarix
2013.11.01 / 10:16
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla