Yuxarı

Cenevrə konfransı təxirə salına bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müxaliflərilə hökumət qüvvələri arasında yaşanan böhran həllini hələ də tapmayıb.

Müxaliflər Cenevrədə bu ay keçirilməsi nəzərdə tutulan görüşlərdə hökumətin rəhbərliyi qurulacaq yeni hökumətə verməsini israr etsə də, Əsəd rejimi bununla razılaşmır. Suriya hökuməti ilə Rusiya, müxaliflərin Cenevrəyə şərtsiz gəlmələri mövzusunda geri addım atmır.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müxaliflərlə Şam rəhbərliyi arasındakı böhran xaricindəki bir başqa problem də Səudiyyə Ərəbistanın 2-ci Cenevrə Konfransı üçün dəstək verməməsinə görə yaşanır. ABŞ-ın Suriyanı vurmaqdan son anda imtina etməsini sərt şəkildə tənqid edən Səudiyyəlilər özlərini Vaşinqton tərəfindən aldadılmış hiss edirlər. Riyad rəhbərliyini hirsləndirən bir başqa hadisə də ABŞ ilə İran arasındakı yaxınlaşmadır.

BMT, 2-ci Cenevrə Konfransının noyabr ayı içində keçiriləcəyi söz-söhbətlərini təkzib etməyib. BMT baş katibinin spikeri Martin Nesirski, "BMT və Ərəb Birliyi Suriya Xüsusi nümayəndəsi Lakhdar İbrahimi 2-ci Cenevrə Konfransının keçirilməsi üçün çox ciddi çalışır",- deyib.

Bir jurnalistin konfransın təxirə salınacağı barədəki iddialarına qarşılıq olaraq, Nesirski 2-ci Cenevrə Konfransının keçirilə bilməsi üçün BMT, Rusiya və ABŞ heyətlərinin önümüzdəki həftə Cenevrədə bir yığıncaq keçirəcəklərini bildirib. Ancaq spiker, konfransın qətiyyən keçirilməyəcəyi barədə iddialar haqqında dəqiq heç nə deməyib.

Tarix
2013.11.01 / 10:29
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla