Yuxarı

İran Şimali Koreya ilə hərbi əməkdaşlıq edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyalı dövlət adamları İran ilə hərbi əməkdaşlıq mövzusunda razılıq əldə etdiklərini açıqlayıb.

Ruhaninin andiçmə mərasiminə qatılıblar

Yaponiyanın rəsmi xəbər agentliyi "Kyoto"da yayımlanan bir xəbərə görə, avqust ayında İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə Şimali Koreyadan heyətin getdiyi bildirilib.

İnqilab keşikçilərinin komandiri ilə də görüşüb

Avropalı bir diplomata görə, heyətə Şimali Koreya Yüksək Xalq Şurasının sədri Kim Yonq-namın başçılıq etdiyi ifadə edilib. Şimali Koreyadan gələn heyətin Ruhani ilə bərabər İran İnqilab Keşikçilərinin komandiri Məhəmməd Əli Cəfəri ilə də görüşdüyü bildirilib.

Hərbi əməkdaşlıqda razılıq əldə olunub

İddiaya görə, iki ölkə arasında hərbi əməkdaşlıq üzrə razılaşma əldə olunub.

Diplomat hərbi əməkdaşlığın daha çox nüvə texnologiyası və uzun mənzilli raketlər mövzusunda olacağını söyləyib. Həmçinin Şimali Koreyalı heyətin Tehran yaxınlığındakı bir hərbi bazaya da getdiyini ifadə edib.

Tarix
2013.11.04 / 10:00
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla