Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


Əməkdaşımız Atatürkün qəbrində nələr gördü? - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Mustafa Kamalın Ankaradakı möhtəşəm muzeyindən və Azərbaycandan gedən məktubdan yazır.

Mayın sonu Ankarada olarkən Mustafa Kamalın məzarını ziyarət etməyi də unutmadıq. "Anıtkabir" adlandırılan bu möhtəşəm kompleksdə elə bir gün yoxdur ki, insan izdihamı yaşanmasın. Hər gün axın-axın adamlar Atatürkü ziyarətə gəlirlər. Bu məzar-kompleksdə məktəblərdən, liseylərdən, bağçalardan tutmuş ta əcnəbi turistlərə qədər kimi desən, görmək olar. Hicablı, modern, yaşlı, cavan... kimi desən... Türkiyə bu ocaqda birləşir.

Əvvəlcə yüksək səviyyədə təşkil olunmuş mühafizə xidmətinin qısa şəkildə yoxlamasından keçirsən. Sonra uzun, hər tərəfi yaşıllıq olan bir yol səni Atatürkə aparır. Əgər piyada getməyə tənbəllik edirsənsə, hər beş dəqiqədən bir gələn avtobus dayanacaqdan səni götürəcək.

Az sonra qarşından fəxri qarovul dəstəsi keçir, əsgərlərin növbə yerişi başlayır, uzaqda Türkiyənin himni eşidilir, anidən hər kəs olduğu yerdə durur, Atatürk bir dəqiqəlik sükutla yad edilir, hörmət duruşu nümayiş etdirilir.

Bu sayğının bir başqa nişanəsi isə kompleksin həyətinə döşənən plitələrin arasında məsafələr qoyulmasıdır. Ki, bu aralıqlar adamın hamar yoldakı kimi rahat gəzməsinə mane olur.

Demə, bunun bir mənası varıymış. Daşların arasındakı məsafə bilərəkdən qoyulub ki, ziyarətə gələn hər kəs başını aşağı salıb yerişinə diqqət yetirsin, bununla Atatürkə hörmətini izhar etsin. Onlar bunu sayğı yerişi də adlandırırlar. Ataya gedən yolda dikbaşlıq olmaz!

"Hakimiyyət qeyd-şərtsiz millətindir"

Kompleksin girişində meydançaya geniş bir panorama açılır. Məzunlar, baxça uşaqları xatirə şəkilləri çəkdirir, Atatürkün "Hakimiyyət qeyd-şərtsiz millətindir" şüarı yazılmış yerdə foto görüntülər alırlar. Kimisi əsgərlə şəkil çəkdirir, kimisi Paşanın məzarını ziyarət edir.

Nəhayət, muzeyə daxil oluruq. Çox möhtəşəmdir. Fərqli memarlıq üslubu ilə inşa olunub. Muzeyin bir başından sonuna kimi gəz-gəz, bitməz. Saatlar lazımdır ki, Atatürkün Anıtqəbrini tamamilə gəzib yekunlaşdırasan.

Muzeydə nələr yoxdur? Mustafa Kamala aid hər şey. Ayrı-ayrı otaqlarda Atatürkün kitabxanası, iş otağı, görüşlərini əks etdirən foto qalereyalar, şəxsi otağı, kostyumu, qalstuku, ayaqqabısı, paltosu, telefonu, çap maşinkası, tərəzisi və saymaqla bitməyən bütün əşyaları saxlanılıb. Hətta ona Azərbaycan bolşevik hökumətindən göndərilən məktub belə muzeydə qorunur.

Türkiyənin qurucusunun ömür yolunu əks etdirən, onun geydiyi paltarlardan tutmuş, çay içdiyi fincana qədər bütün tarixi faktları özündə cəmləşdirən bu muzeyi ilk dəfə görürdüm.

Burada Atatürkün təhsil aldığı orta məktəbin foto şəkilləri və maketi, dostları, savaş dönəmi, Türkiyəyə rəhbərlik etdiyi vaxtlarda verdiyi qərarlar, hətta geyindiyi paltarlar növbənöv, bir sözlə, hər şey və hər şey var.

Muzeyin içərisində xatirə dəftərləri qoyulub. Ziyarətə gələn hər bir kəs Atatürkə olan düşüncələrini, duğyularını dəftərdə qeyd edə bilər.

Gözləri yaşardan hissə

Buranın ən maraqlı hissəsi isə Sakarya, Çanaqqala, Ərzurum döyüşlərini əks etirən savaş mənzərəsidir. İçəridə döyüş səhnələri təsvir olunub, musiqi ilə müharibə səsləri verilir, barrikadlar yaradılıb, Atatürkün barrikadada qəhrəman duruşu, savaşın ən gərgin anları, mübarizənin ən cazibədar məqamları təsvir olunub. Atılan top səsləri adama savaşı canlı yaşadır və gözünü yaşardır – həm qürur duyursan, həm də bir gün bizim də bu cür möhtəşəm qələbələrimizi əks etdirən eyni tipli stendlərimiz olacaqmı, düşünürsən…

Bəli, bu eksponatlara baxanda özünü sanki müharibənin tən ortasında hiss edirsən. Yeri gəlmişəkən, onu da vurğulayaq ki, muzeydə, ən əsası müharibəni təsvir edən otaqda çəkiliş aparmaq qəti qadağandır. Əgər nəzarətçi çəkiliş etdiyini görərsə, 500 lirə (təqribən 250 manat) cərimələyir. Amma yarıaşkar, yarıgizli fürsəti əldən verməyib, bizim kimi xəlvətcə şəkil çəkənlər də var. Axı bu tarixi imkan hər gün ələ düşmür…

Böyük türkü uyudan Azərbaycan torpağı

Və nəhayət Paşanın qəbri. Böyük türk oğlunun məzarının özülü, özü Anıtqəbirin, belə demək mümkünsə, zirzəmisində yerləşir ki, oraya da kimsə buraxılmır. Məzarlığın üst və ya stend hissəsi isə gözlər önündədir və orada bir qeyd var. Qeyddə deyilir ki, Atatürkün uyuduğu məzarın torpağının bir hissəsi də Azərbaycandan gətirilib. Demək ki, Paşa həm həm Türkiyə, həm də Azərbaycandadır. Onu uyudan torpağınsa bir qarışı da heç bir halda düşmən tapdağında qala bilməz. Geci-tezi var…

Tarix
2014.06.08 / 15:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Atatürkün vəsiyyətini yazdığı şəhərdən – Reportaj

Türkiyədə Noel Baba möcüzəsi - Reportaj

Visla sahilində Atillanın əsgəri

“Rövşən Lənkəranski ölməyib, sağdır”

Göyün yeddinci qatında - Pilotlardan reportaj

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Vyanada Şuşanı, Şuşada Vyananı xatırlamaq - Foto

Rossiya-24-ün Bakı reportajı - Video

Ayça Öztorun: “Axar.az məni Azərbaycanda tanıtdı”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla