Yuxarı

Millət vəkilindən I qrup əlilə dəstək – Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fiziki imkanları məhdud rəssam Ramil Əhmədovun sərgisi böyük maraqla qarşılanıb.

Kult.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İB-nin və Park Bulvarın dəstəyi ilə təşkil edilən, bir çox ziyalı, tanınmış jurnalist və QHT fəallarının iştirak etdiyi tədbirdə rəssamın müxtəlif mövzularda çəkdiyi əsərləri tamaşaçılara təqdim edilib.

Millət vəkilinin sözlərinə görə, istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır:

“Sərgidə nümayiş edilən əsərlərə baxdıqca sanki tamaşaçı Ramil Əhmədovun işıqlı könül dünyasına səyahət edir, onun xəyal və fikirlərinin məhsulu ilə tanış olursan. Sərgi iştirakçıları birinci qrup əlil olan Ramilin əsərlərindən zövq almaqla yanaşı, həm də rəssama mənəvi və maddi dəstək verirlər”.

Tədbirdə çıxış edən tanınmış jurnalistlər, ziyalılar və sənətsevərlər rəssamın istedadına heyran olduqlarını bildiriblər və Ramilə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, Beynəlxalq Şoppinq Festivalı çərçivəsində keçirilən fərdi sərgi 10 may tarixinədək davam edəcək və arzu edənlər sərgini ziyarət edə bilərlər.

Tarix
2017.04.17 / 16:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla