Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Aprel 2018


Rusedə Qara Qarayevin 100 illiyi... - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın Ruse şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ruse İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə “Mart musiqi günləri” beynəlxalq festivalı çərçivəsində dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi keçirilib.

Kult.az xəbər verir ki, Qara Qarayevin 100 illik yubileyi tədbirləri çərçivəsində keçirilən gecədə Ruse Şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhərin digər dövlət və özəl qurumlarının nümayəndələri, aparıcı QHT və KİV nümayəndələri, yerli incəsənət xadimləri, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Ruse şəhərinin merinin humanitar fəaliyyət üzrə müavini İvan Qriqorov, Ruse İncəsənət Qalereyasının direktoru Yelena Velikova iştirak ediblər.

Əvvəlcə Ruse şəhərinin meri Plamen Stoilovun təbrik məktubu oxunub. Məktubda Qara Qarayevin 100 illik yubileyinə həsr olunan sərginin təşkilinə görə təşəkkür ifadə edilir, sərginin mədəni dəyərlərin və ənənələrin qorunmasına töhfə verən bu görkəmli bəstəkarı yad etmək üçün mükəmməl təşəbbüs olduğu bildirilir.

Gecənin açılışında çıxış edən Nərgiz Qurbanova cari ildə Azərbaycanda bir sıra yubileylərin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd edildiyini, onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu nəzərə çatdırıb. Cümhuriyyətin yaranması və fəaliyyəti barədə qonaqlara məlumat verən diplomat 100 il bundan öncə qadınlara səsvermə hüququ verən AXC-nin müsəlman Şərqində qadınlara bərabər siyasi hüquqlar verən ilk respublika olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini qabaqladığını qeyd edib. O, cari ilin, həmçinin Azərbaycan milli operasının 110 illik yubileyi ilə əlamətdar olduğu, müsəlman Şərqində ilk opera olan “Leyli və Məcnun” operasının əsasının Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən qoyulduğu, yeni özünəməxsus janr – muğam-opera janrında olan bu əsərin Şərq və Avropa musiqisini özündə ehtiva etdiyi barədə qonaqlara məlumat verib. N.Qurbanova ölkəmizin yalnız ilk operanın deyil, eyni zamanda, müsəlman dünyasında ilk operetta və baletin beşiyi olduğunu vurğulayıb. Azərbaycan musiqisinin və musiqiçilərinin dünya musiqisini özünəməxsus nümunələrlə zənginləşdirdiyini qeyd edən səfir cari ildə 100 illik yubileyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin belə musiqiçilərdən olduğunu diqqətə çatdırıb. O deyib ki, həyatı boyunca opera, balet, simfonik və orkestr musiqisi, kantata, uşaqlar və filmlər üçün musiqilər də daxil olmaqla, 110 musiqi əsəri yaradan Qara Qarayev yüksək fərdi üsluba malik bəstəkar olub. Qara Qarayev Azərbaycan musiqisinin harmoniya və melodik xüsusiyyətləri ilə zəngin olan əsərlərin müəllifidir. Onun yaradıcılığında həm Qərbin, həm də Şərqin vəhdətdə olduğunu vurğulayan səfir dahi bəstəkarın əsərlərinin bu fikri təsdiqlədiyini qeyd edib. O vurğulayıb ki, Qara Qarayevin əsərləri məhəbbət və mübarizə, xoşbəxtlik və kədər, komediya və faciə, xəyal və gerçəkliyi tərənnüm edərək insan duyğularının geniş spektrinə toxunur. Diplomat dahi bəstəkarın 1961-ci ilin iyun ayında Sovet İttifaqı tərəfindən Birinci Beynəlxalq Los-Anceles Musiqi Festivalına göndərilən iki bəstəkardan biri olduğunu, onun “İldırımlı yollarla” baletinin festival çərçivəsində ifa olunduğunu diqqətə çatdırıb. N.Qurbanova, həmçinin görkəmli bəstəkarın “Azərbaycan musiqisi mənim doğma dilimdir. Bəstəkar olaraq mən Azərbaycan xalq musiqisi ilə böyümüşəm və onun təsirindən azad olmaq fikrində deyiləm” fikirlərini xatırladıb.

Çıxış edən Alla Bayramova Qara Qarayevin zəngin yaradıcılığı barədə sərgi iştirakçılarına ətraflı məlumat verib, onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Vətən” operası, “Leyli və Məcnun” simfonik poeması və digər əsərlərinin təkcə Azərbaycan musiqisini deyil, həmçinin dünya musiqisini zənginləşdirdiyini vurğulayıb. Təsadüfi deyil ki, UNESCO Baş Konfransının 39-cu sessiyasında il ərzində dahi bəstəkarın 100 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edilib. Sərgidə bəstəkarın həyat və yaradıcılığından bəhs edən materialların nümayiş olunduğunu bildirən A.Bayramova bu materialların əsasən bəstəkarın ailə üzvləri, xüsusilə onun oğlu, bəstəkar Fərəc Qarayev tərəfindən Muzeyə təqdim olunduğunu söyləyib. Direktor bu sərginin bolqar musiqisevərlərə Qara Qarayevi yaxından tanımağa, onun vasitəsilə Azərbaycan musiqi mədəniyyətini öyrənməyə və beləliklə, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafını təşviq etməyə imkan yaradacağına inamını ifadə edib.

İvan Qriqorov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib. O, Alla Bayramovanın sərgidə iştirak etmək üçün Bolqarıstana səfərini yüksək qiymətləndirib və bu cür səfərlərin mədəni sahədə əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Sərgi çərçivəsində, həmçinin bəstəkar barədə sənədli film nümayiş etdirilib və onun əsərlərindən bəziləri səsləndirilib. Tədbir Bolqarıstan mətbuatında işıqlandırılıb.

Qeyd edək ki, “Mart musiqi günləri” beynəlxalq festivalı Bolqarıstanın ən qədim və nüfuzlu festivallarından hesab olunur. 1961-ci ildə əsası qoyulan və Ruse Bələdiyyəsi tərəfindən təşkil olunan festival şəhəri əsl musiqi paytaxtına, Avropanın və dünyanın yüksək səviyyəli musiqiçilərinin görüş yerinə çevirir.

Tarix
2018.04.04 / 01:31
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Heydər Əliyev Mərkəzində Yuyanqın sərgisi açıldı - Foto

Sultanın kolleksiyasında qatil – Fotoları

Əsəri Türkiyənin sərvəti olan azərbaycanlı kimdir? - Foto

Nazirin çəkdiyi rəsm əsəri bu qiymətə satıldı - Foto

Leyla Əliyevanın sənət bloknotu satışda - Video

Azərbaycanlı rəssamın əsərləri Londonda - Foto

Azərbaycanlı rəssam Maradonaya sürpriz etdi - Video

Leyla Əliyevaya hədiyyə verildi - Foto

İsveçli qadının Bakı sevgisi - Foto

Prezidentin təltif etdiyi Qurbanov danışdı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla