Yuxarı

Tanınmış jurnalistə təcili qaraciyər köçürülməlidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış jurnalistə təcili qaraciyər köçürülməlidir

Tanınmış jurnalist Zabil Müqabiloğlunun qara ciyərinin dördüncü dərəcəli-bərpaolunmaz serroz olduğu bu gün təəssüf ki, təsdiqləndi və ona təcili orqan nəql olunmalıdır.

Musavat.com-a bu barədə jurnalistin yaxın dostu, "Yeni Müsavat" qəzetinin redaktoru Nazim Sabiroğlu məlumat verib. N.Sabiroğlunun dediyinə görə, ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Z.Müqabiloğluna bu gün həkimlərin yekun rəyi verilib. "Diaqnozun nəticəsinə görə, jurnalistin qara ciyəri sıradan çıxdığı üçün təcili donor lazımdır. Həkimlərin dediyinə görə, əməliyyat üçün bütün qan qrupları uyğundur.

Jurnalistin yaxınlarından kiminsə donor olması istisna deyil və bu variant da yoxlanılacaq. Amma aydındır ki, bütün bu proseduraları, əməliyyat xərclərini qarşılamaq maddi vəziyyəti ağır, məcburi köçkün olan jurnalist üçün mümkünsüzdür. Bütün həmkarları kimi biz də dövlətin dəstəyinə ümid edirik".

Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İki gün sonra açıq əməliyyatla Zabilin partlamış vena damarları tikilib. Vəziyyətin ağır olması ilə əlaqədar jurnalist sonradan Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb və müalicəsi dövlət tərəfindən aparılır. Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər "525-ci qəzet" də müxbir, "Yeni Müsavat" qəzetində isə redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu "Gunxeber.com" saytına rəhbərlik edib.

Tarix
2016.11.15 / 14:32
Müəllif
Axar.Az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla