Yuxarı

Bu dərmanlara yalnız həkimlər icazə verəcək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dərmanlara yalnız həkimlər icazə verəcək

Səhiyyə Nazirliyi tərəfindən noyabrın 16-da Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Antibiotiklərdən Səmərəli İstifadə Həftəsi ilə əlaqədar maarifləndirici seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, tədbirdə Bakı Sağlamlıq Mərkəzinin, həmçinin Dünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər. Görüşdə qeyd olunub ki, kampaniyanın məqsədi antibiotiklərə qarşı davamlılıq kimi qlobal bir problemə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatları əhalinin geniş təbəqəsinin, o cümlədən səhiyyə işçilərinin və siyasi qərarlar verəcək şəxslərin nəzərinə çatdırmaqdır. Ötən ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında antibiotik və digər dərman preparatlarına davamlılıq probleminin həlli üçün Qlobal Fəaliyyət Planı razılaşdırılıb. Bu planın əsas məqsədlərindən biri effektiv kommunikasiya, təhsil və tədris hesabına məlumatlandırmanın yaxşılaşdırılması və bu problemin daha dərindən dərk edilməsidir.

Kampaniyanın şüarı belə səslənir: "Antibiotiklərdən ehtiyatla istifadə edin!" Antibiotiklərdən yalnız həkimlərin təyinatı əsasında bakterial infeksiyaların müalicəsində istifadə etmək olar.

Dünya Səhiyyə Təşkilatı bütün üzv ölkələri, səhiyyə sahəsindəki tərəfdaşları, təhsil müəssisələrini və əhalini bu kampaniyada iştirak etməyə və antibiotiklərə qarşı dayanıqlılıq problemi haqqında maarifləndirmə tədbirlərini gücləndirməyə çağırır.

Tarix
2016.11.16 / 15:55
Müəllif
Axar.Az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla