Qırmızı lobya ən faydalı və qiymətli məhsullardan
biridir. Qırmızı lobya bütün dünyada mətbəxlərində geniş istifadə
olunur və sevilir.
Axar.az saglamolun.az-a istinadən bildirir ki, lobyanı
qidalanmaya daha tez-tez daxil edin. Bu həm sağlamlığınız, həm də
gözəlliyiniz üçün çox faydalıdır.
Qırmızı lobyanın əsas faydaları:
- B qrupu vitaminləri ilə zəngin olan qırmızı lobya dəri, immun
və sinir sistemi üçün olduqca faydalıdır.
- Qırmızı lobya qidalı liflərlə zəngindir. Qidalı liflər
xərçəngdən qoruyur, bağırsaqların fəaliyyətini stimullaşdırır,
qəbizliyin qarşısını alır, qanda şəkərin və "pis" xolesterolun
səviyyəsini aşağı salır, orqanizmi toksinlər və şlaklardan
təmizləyir.
- Lobya zülallarla zəngindir. Zülallar orqanizmin əsas "tikinti
materialıdır". Bu göstəriciyə görə lobya ət və balığa yaxınlaşır.
Lobyada olan zülal orqanizm tərəfindən çox asan mənimsənilir.
- Mis və dəmirlə zəngin olan qırmızı lobya qanın tərkibini
yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır.
- Qırmızı lobyada olan kükürd dərinin vəziyyətini
yaxşılaşdırır.
- Qırmızı lobya antioksidant maddələrlə zəngindir. Bu maddələr
orqanizmdə qocalma proselərini ləngidir.
- Fol turşusu ilə zəngin olan qırmızı lobya hamilə qadınlar üçün
xüsusilə faydalıdır. Hamiləlik zamanı bu vitaminin çatışmamazlığı
döldə sinir sisteminin ağır inkişaf qüsurlarına səbəb olur.
- Kaliumla zəngin olan qırmızı lobya ürək və böyrəklər üçün
olduqca faydalıdır, ödemləri azaldır, arterial təzyiqin
tənzimlənməsinə kömək edir.
- Lobya çox tez toxluq hissi yaradır və bu səbəbdən arıqlamağa
kömək edir. Lobyanın bu xüsusiyyəti müxtəlif pəhrizlər zamanı
istifadə olunur. Hətta xüsusi lobya pəhrizi mövcuddur.