Yuxarı

Təbiətin balqabaq möcüzəsi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbiətin balqabaq möcüzəsi

Balqabağın çox faydalı qida olduğu bir çoxlarına məlumdur.

Axar.az xəbər verir ki, dietoloq Şəbnəm Kandıralı balqabağın faydalarından bəhs edərkən onun 90 faizinin sudan ibarət olduğunu qeyd edib və sözügedən qidanın tərkibindəki beta-karotinin əvəzsiz faydalarından danışıb.

Onun sözlərinə görə, 1 stəkan əzilmiş, süzülmüş, bişmiş, duzsuz balqabaq 49 kaloridir. C vitaminin əvəzolunmaz qaynağıdır. Kandıralı balqabağın xəstəliklərlə mübarizə aparan bütün qida elementlərini özündə ehtiva etdiyini qeyd edib:

"Qabağın parlaq narıncı rəngi onun önəmli bir antioksidant olan beta-karotinlə zəngin olduğunu göstərir. Beta-karotin bitki karotenoidlərindən biridir və bədəndə A vitamininə çevrilir. A vitamininə çevrilməsi ilə beta-karotin sağlamlıq üçün önəmli funksiyaları həyata keçirir.

Mövcud araşdırmalar göstərir ki, özündə beta-karotini ehtiva edən diet xərçəngin bəzi növlərinə tutulma riskini azaldır və ürək xəstəliklərindən qoruyur. Beta-karotin digər xəstəliklərin, o cümlədən katarakta (Mirvari suyu) və yaşlanmanın gətirdiyi degenerasiya kimi halların əmələ gəlməsi riskini azaldır. Beta karotini kök, balqabaq, brokoli, şirin kartof, qaysı və yaşıl yarpaqlı tərəvəzlərdən əldə etmək olar".

Qeyd edək ki, A vitamini ilə zəngin olan qidaları çox qəbul eləmək dərinin sarı-narıncıya çalmasına səbəb olur.

Tarix
2016.11.18 / 01:43
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla