Yuxarı

Diqqət: Kompüter bu xəstəliyi yaradır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əllərdə ağrı, keyimə, bəzən əzələ gücsüzlüyü kimi əlamətlər varsa, bunun səbəbi Karpal tunel sindromu ola bilər. Bu sindrom Median sinirin bilək nahiyəsində sıxılması nəticəsində əmələ gəlir.

Publika.az xəbər verir ki, əldəki sinirlər hər hansı təzyiq altında qaldıqda keyimə meydana gəlir. Türkiyəli həkim Səlim Çepel əllərdə meydana gələn keyimənin səbəbləri və müalicəsi haqqında məlumat verib.

Travmatoloq-ortoped Səlim Çepelin sözlərinə görə, əllərdə keyimə barmaqların uzun müddət eyni işi yerinə yetirməsi nəticəsində yaranır. Bu hal xüsusilə klaviatura istifadə edənlərdə daha çox rast gəlinir.

Müalicə üsulları hansılardır?

Həkim bildirib ki, bu xəstəliyin müalicəsində nadir hallarda əllərə inyeksiyaya ehtiyac duyulur: “Digər hallarda adətən, fiziki müalicə (barmaqların məşq etdirilməsi) və reabilitasiya proqramları tətbiq olunur. Əgər bunların heç biri kömək etmirsə və rahatlıq yaranmırsa, kiçik cərrahi müdaxilə ilə buna son qoymaq mümkündür. Bu üsul xəstənin vəziyyətindən asılı olaraq, açıq şəkildə və ya endoskopik cərrahiyyə istifadə edilməklə keçirilə bilər”.

Hamilə xəstələrdə də əl biləyi sindromuna tez-tez rast gəlinir. Lakin çox hallarda uşaq dünyaya gələndən sonra bu, öz-özünə keçir.

Tarix
2017.01.16 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla