Yuxarı

Qadınlar bilə-bilə bu ölümə gedir - Dolğu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsasən bədən korreksiyası üçün istifadə edilən “Aqualift” dolğuları ilə bağlı sosial narahatedici məlumatlar yayılır.

Axar.az xəbər verir ki, hazırda qeyri-qanuni şəkildə Çində istehsal edilən bu dolğuların ABŞ və Avropanın bəzi ölkələrində qadağan olunduğu vurğulanır. İddiaya görə, Azərbaycanda bəzi həkim-kosmetoloqların gen-bol istifadə etdiyi bu dolğu ciddi fəsadlar törədə bilər.

Qeyd olunur ki, bu cür dolğulardan istifadə süd vəzi xərçəngi, üzdə dəri xərçəngi, ayaq sümüklərində ərimə və Hepatit C kimi ağır xəstəliklərə səbəb olur.

Yayılan məlumatla bağlı Axar.az-a danışan həkim-kosmetoloq Nərgiz İsmayılova da bu dolğuların təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, bu dolğular əsasən bədəni korreksiya etmək üçün istifadə olunur:

“Azərbaycanda bu dolğulardan istifadə edənlər az deyil. Amma mən bunun keyfiyyətinə əmin olmadığım üçün istifadə etmirəm. Sertifikatlaşdırılmış preparatlardan istifadə daha məqsədəuyğundur. Bildiyimə görə, hazırda nəinki ABŞ və Almaniyada, Rusiyada da bu dolğular təhlükəli hesab olunur. Əgər hansısa ölkə bunu təhlükəli hesab edirsə, demək, bu haqda düşünməyə dəyər.

Ümumiyyətlə isə konsultasiya zamanı preparatın əks göstərişinə səbəb ola biləcək heç bir xəstəlik aşkarlanmırsa, yalnız bu halda dolğudan istifadə etmək olar”.

Qeyd edək ki, Çində istehsal olunan bu saxta dolğuların orijinalı “AQUAfilling”dir.

Tarix
2017.03.28 / 11:58
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla