Yuxarı

Onurğa yırtığından əməliyyatsız müalicə - Alman həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oturaq həyat tərzi keçirmək əzələləri zəiflədir, fəqərə sütunundakı disklərə və oynaqlara daha çox yük düşür. Bu da onurğa sütunu xəstəliklərinin yaranmasına səbəb olur. Fəqərəarası diskin yırtığı ilə üzləşən pasientləri, bir qayda olaraq, əməliyyata cəlb edirlər.

Axar.az xəbər verir ki, əslində, onurğa sütunu yırtıqlarının aradan qaldırılmaq üçün əməliyyata ehtiyac yoxdur.

Azərbaycan Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin xətti ilə ölkəmizə dəvət olunmuş onurğa xəstəlikləri üzrə almaniyalı mütəxəssis, vertebroloq Gerhard Raysın fikrincə, yalnız aşağı və yuxarı ətrafların, yaxud sidik kisəsi və ya bağırsağın parezi belə əməliyyatı qaçılmaz edir. Qalan bütün hallarda fəqərəarası diskin yırtığı konservativ yolla müalicə oluna bilər:

“Müalicənin ən optimalı bioloji təbabət üsullarıdır. Fəqərəarası disk yırtığı diaqnozu ilə əməliyyat edilən pasientlərin bir müddət sonra həmin problemlə yenidən üzləşməsi halları tez-tez müşahidə olunur. Ümumiyyətlə, fəqərəarası diskin yırtığı olan insanlarda onun təkrar yaranma riski yüksəkdir. Buna görə də bioloji təbabətlə ilk növbədə birləşdirici toxumanı təmizləməyə çalışırıq. Çünki müasir dövrdə insanların çoxu sağlam həyat tərzi keçirmədiyi və düzgün qidalanmadıqları üçün birləşdirici toxuma turş toksinlərlə dolur və bu da onun zəifləməsinə gətirib çıxarır. Növbəti mərhələdə isə müalicə əzələlərin gücləndirilməsinə yönəldilməlidir. Əzələ gücləndikcə bağlara, oynaqlara və fəqərəarası disklərə düşən yük azalır”.

Tarix
2017.04.27 / 02:06
Müəllif
Turanə Məmmədli
Oxunub
4 591
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla