Yuxarı

Şair İlyas Tapdıq xəstəxanaya yerləşdirildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış şairi və tərcüməçisi İlyas Tapdığın səhhətində problem yaranıb.

80 yaşlı şair Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə yerləşdirilib.

İ. Tapdığın ürək ağrılarından əziyyət çəkdiyi bildirilir.

Şair açıqlamasında bildirib ki, bir müddət əvvəl ürəyində ağrılar başlayıb.

"Bir müddət əvvəl müalicə olunduqdan sonra evə buraxıldım. Ancaq iki gün əvvəl yenidən ağrılarım başladı. Srağagün yenidən xəstəxanaya müraciət etdim, reanimasiya şöbəsinə yerləşdirdilər. Bu gün səhər isə palataya köçürülmüşəm. Həkimlər yataq şəraitində 10 gün müalicə almalı olduğumu bildirirlər", - deyə İ. Tapdıq vurğulayıb.

Şair əvvəllər ürəyindən şikayətlənmədiyini də bildirib: "Əvvəllər ürəyimdən şikayətim olmayıb. Lakin bu ilin yanvarında möhkəm soyuqlamışdım. Yaxşı müalicə olunmadığımdan yaşla əlaqədar bunun fəsadlarının ürəyində ağırlara səbəb olduğunu düşünürəm".

O, xəstələndiyi barədə üzvü olduğu Azərbaycan Yazıçılar Birliyini məlumatlandırmağı lazım bilmədiyini də qeyd edib.

Qeyd edək ki, 1934-cü ildə Gədəbəy rayonunda anadan olan İ. Tapdıq 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

APA

Tarix
2014.06.13 / 20:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla