Yuxarı

TV-yə baxmaq bu qorxulu xəstəliyi yaradır - Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların gün ərzində 3-4 saatdan çox televizora baxması onlarda astma və digər allergik xəstəliklərin yaranma riskini artırır.

Axar.az xəbər verir ki, azərbaycanlı allerqoloqlar valideynləri diqqətli olmağa səsləyib. Araşdırmalara əsasən, gündə 2 saat televizora baxan uşaqların 6 faizində astma yaranacağı, gündə 2 saatdan çox televizora baxan uşaqlarda isə 2 qat daha çox astma yaranma riskinin olduğu aşkarlanıb.

Allerqoloq Günel Əzməmmədova bildirib ki, uzun müddət televizora baxmaq, hərəkətsiz həyat tərzi piylənməyə də səbəb olur:

“Piylənmə isə astmanın rastgəlmə sıxlığını artırır. Eyni zamanda, döş qəfəsinə təzyiq edir. Döş qəfəsində yağ yığılması nəticəsində ağciyərlərdə qan dövranına təsir edir, bronxların genişlənmə funksiyası azalır.

Piylənmədə leptin deyilən maddənin ifrazı yüksəlir və leptin də ağciyərlərdə, bronxlarda iltihablaşmaya səbəb olur. Həmçinin yuxu pozğunluğuna, arterial təzyiqin yüksəlməsinə və diabetə səbəb olaraq yenə də astmaya mənfi yöndən təsir edir. Piylənmə qızlarda erkən yetişkənliyə, oğlanlarda isə gec yetişkənliyə səbəb olur”.

Tarix
2017.11.03 / 02:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla