Yuxarı

Baş həkim: Ruhi xəstələrin qaçması işçilərin günahıdır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakının Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından ruhi xəstələrin qaçmasından sonra xəstəxananın mühafizəsini təşkil edən polis əməkdaşlarının sayı artırılmasa da, keyfiyyət yüksəldilib". Bu barədə cümə axşamı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov deyib.

Baş həkim hadisənin baş verməsində müəyyən səhlənkarlığa yol verildiyini də istisna etməyib: "Hər kəs öz işini vicdanla aparsaydı, heç bir şey olmayacaqdı. Ya səhlənkarlıq ediblər, ya bilmirəm nə ediblərsə, bu hadisə baş verib. Həmin xəstələr xeyli müddət xəstəxanada müalicə olunublar. Psixologiyada belə bir sindrom var ki, girov götürülən şəxs vaxt keçdikcə cinayətkara polisdən daha çox hörmət edir. Hətta polis cinayətkarı vurmaq istəyəndə cinayətkarı müdafiə edir. Yəni, insanlar yanaşı işləyəndə bir-birinə qarşı sayıqlığı itir".

A.Rəsulov qeyd edib ki, bunun üçün sadəcə təcrübə lazımdır: "Bizdə təcrübəli mühafizəçilər var. Tibb bacısı gəlir dəmir barmaqlıqlı qapının yanına, mühafizəçi görür ki, yaxınlıqda xəstə var, xəstəyə deyir ki, 3-4 addım geri çəkil. Xəstə geri çəkiləndən sonra qapını açır, tibb bacısını içəri işçi zonaya buraxır, sonra bağlayır. Xəstə isə 1-2 saniyəyə özünü qapıya çatdıra bilmir və mühafizəçi qıfılı bağlayır.

Bu hadisə baş verən zaman isə tibb bacısı içəri girəndə 3 nəfər xəstə düz onun yanında olub. Qapını açan kimi xəstələr cumublar üstünə. Bununla da istədiklərinə nail olublar". Onun sözlərinə görə, Azərbaycanda ruhi xəstələr barədə insanları maarifləndirməyə ciddi ehtiyac var: "Bu tipli ruhi xəstələrdə yaddaş pozulmur. Təfəkkürdə çox cüzi miqdarda pozuntular olur ki, bu da planlaşdırmaya heç bir təsir göstərmir. Bu xəstələrdə davranışda güclü pozuntular olur, özünü cəmiyyətdə normal apara bilmir.

Yəni, ruhi xəstə o demək deyil ki, heç nə başa düşmür, heç nə tanımır. O yalnız qocalıq psixozları və ya alzheimer xəstəlikləri zamanı olur. Camaatda belə bir fikir formalaşıb ki, ruhi xəstələr zəncirli dəlilərdir. Xüsusilə də, Maştağanın adı gələndə buranı dəlixana adlandırırlar. Bu, düzgün deyil. Bu istiqamətdə insanları maarifləndirməyə ehtiyac var".

Baş həkimin sözlərinə görə, qaçan xəstələrdən biri - 23 yaşlı Elvin Nəsrullayev bir neçə gün əvvəl polisin müşayiəti ilə könüllü şəkildə geri qayıdıb. Hazırda digər 4 xəstənin geri qaytarılması istiqamətində ciddi işlər aparılır.

Qeyd edək ki, noyabrın 15-də saat 06:15 radələrində Bakının Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındıraraq oradan qaçıblar. Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov bir gün sonra - noyabrın 16-da özünü binadan ataraq intihar edib. (Trend)

Tarix
2013.11.28 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla