Yuxarı

Həkimdən dünyaya çağırış: Belə sünnət təhlükəlidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər yeni texnologiya ilə sünnət əməliyyatı etdirənlərin sayı artıb. Mən özüm 39 ildir həkiməm və bu illər ərzində 25 mindən çox uşağı sünnət etmişəm. Nəticəmi 100 faizlə qiymətləndirmək olar, çünki bu 39 ildə bir dəfə də olsun xəstələrimin narahatlığı ilə rastlaşmamışam. Çünki dədə-babalarımızın əsrlərdir etdiyi sünnət üsulundan istifadə etmişəm.

Bu sözləri Axar.az-a həkim Qədir Qədirov sünnət əməliyyatı ilə bağlı deyib. O, yeni texnologiya ilə sünnət əməliyyatı etdirməyin bir çox fəsadlara yol açdığını bildirib:

“Son illər kişilər arasında sonsuzluğun, kişi xəstəliklərinin sürətlə artdığı hamıya bəllidir. Çoxunda sünnət əməliyyatı lazer və digər texnoloji vasitələrlə həyata keçirilib. Araşdırmalarım zamanı öyrəndim ki, oğlan uşaqlarında olan smeqma bu məsələdə xüsusi rol oynayır.

Smeqma orqanizmdən xaricə axan xərçəng xəstəliyi mikroblarıdır. Hətta bir günlük körpənin sünnəti zamanı smeqma yığıntısına rast gəlmişəm. Sünnət prosesindən sonra smeqma birbaşa xaricə axır və heç bir fəsad törətmir. Çünki smeqma kisəciyi olan pülük amputasiya edilir.

Son 20-25 ildə dünyanın əksər ölkələrində sünnət son texnologiya olan lazer və elektrokaqulyatordan istifadə ilə həyata keçirilir. Pülük kəsilərkən lazer və ya elektrokaqulyator 400-500 dərəcə istilik verir. Smeqmanın pülük altına axan vəzilərinin ucları yanaraq birləşir, parezləşir və axın dayanır. Smeqma orqanizmin başqa orqanlarına toplanır. Xaricə axını olmadığından orqanizmdə toplandığı yerdə kristallaşaraq böyüyür və kişilərdə gənc yaşlarında xərçəng xəstəliyi baş verir. Lazerlə kəsik aparılarkən lazer toxumçıxarıcı axacağı zədələyir, xayaların qidalanması pozulur, xayalar afrofiyalaşır, inkişafdan qalaraq kiçilir. Bununla da lazer kişi sonsuzluğuna səbəb olur. Orqanizmin yanan nahiyəsində tər vəziləri də smeqma axını vəzləri kimi yanaraq öz funksiyasını itirir. ABŞ hökuməti təxminən 10 il əvvəl qərar verdi ki, bütün oğlanlar 11 yaşına kimi sünnət olunmalıdırlar, lakin onlarda müsəlman ölkələrinə xas dədə-baba üsulu olmadığından lazer və elektrokoqulyatorlarla olunan sünnətlər 3 aya öz fəsadlarını göstərməyə başladı. Bu uşaqların 73%-də fəsad yarandı və ABŞ hökuməti sünnəti qadağan etdi”.

Həkim bildirib ki, son texnologiyalarla edilən sünnətlərin fəsadlarına ən çox müsəlman ölkələrində rast gəlinir, çünki onlarda kişilərin hamısı sünnət olunur:

“Sünnət yalnız soyuq, iti alətlə, qədim üsulla aparılmalıdır. Bu üsulla kəsik aparılarkən hətta smeqmanın pülük kəsiyinə açılan axını da zədələnmir, qorunur.

Mən bütün ölkələrin Səhiyyə Nazirliklərini, laboratoriyaları, İslam Əməkdaşlıq Təşkilatını bu tibbi araşdırmamın ciddi analizinə çağırıram. Bu məsələnin dünya səhiyyə qurumlarında hərtərəfli araşdırılmasını təklif və rica edirəm. Son texnologiya ilə sünnət olunanlardan şəxsən tanıdıqlarım var ki, onlar müxtəlif fəsadlara, kişi sonsuzluğuna, onkoloji xəstəliyə düçar olublar”.

Tarix
2018.11.26 / 18:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla