Yuxarı

Eldəniz Elgünün filmi təqdim edildi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-də Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında Humanitar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırladığı sənədli filmin təqdimatı keçirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayonların işğal olunması və öz doğma torpaqlarından qovulan məcburi köçkünlərin həyatına həsr olunmuş "Uzun yollar" sənədli filmi son illərdə QHT Dövlət Dəstəyi Şurası xətti ilə çoxlu sayda çəkilən filmlərdən biridir.

Kult.az xəbər verir ki, Azərbaycanın müstəqilliyini yenicə əldə etdiyi bir dövrdə, milli nizami ordunun yaradılmasına imkan tapmadığı 90-cı illərdə işğala məruz qalmış ölkənin vətəndaşlarının keçdiyi çətinlikləri göstərən filmin əsas qəhramanları Şuşa, Kəlbəcər, Laçın və Agdam rayonlarından olan məcburi köçkünlərdir. Hazırlanan film münaqişənin gərgin dövründə öz yaxınlarının həyatını xilas etməklə yanaşı doğma torpaqlarını qorumağa və vətəninə xidmət etməyə can atan insanların şücaətini əks etdirir.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, filmin ssenari müəllifi Əvəz Həsənov tədbir iştirakçılarına film haqqında məlumat verib. Qeyd edib ki, “Uzun yollar” sənədli filmi Bakı, bölgələrlə yanaşı, fevralın 23-də Londonda tanınmış düşüncə mərkəzlərinin ekspertləri, jurnalistlər, tələbələr və diasopa nümayəndələrinin iştirakı ilə təqdim olunacaqdır. Daha sonra filmin Gürcüstan və Türkiyə universitetlərinin tələbələri üçün də təqdimatı keçiriləcək.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcraçı Katibi Fərasət Qurbanov son illərdə Şura tərəfindən Dağlıq Qarabağ mövzusu və Xocalı soyqırımı mövzusuna həsr olunmuş yüzlərlə layihənin maliyyələşdirildiyini bildirib. Eyni zamanda qeyd edib ki, bu il Avropanın müxtəlif şəhərlərində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar QHT-lər tərəfindən beynəlxalq ictimaiyyət üçün bu soyqırıma həsr olunmuş kitablar və filmlərin təqdimatı keçirilir.

Filmin rejissoru Eldəniz Elgün, məsləhətçilər Kərim Kərimli və Asəf Quliyev filmin Azərbaycan ictimaiyyəti üçün münaqişənin qurbanlarının keçdikləri yolu yaxından izləməsinə ciddi tövhə verəcəyinə əmin olduqlarını qeyd ediblər. QHT Forumun prezidenti Rauf Zeyni Azərbaycan QHT-lərinin son illərdə Xocalı soyqırımı ilə bağlı dəyərli layihələrin müəllifi olduğundan, onların belə layihələri beynəlxalq səviyyəyə çıxarmağı bacarmasını yüksək qiymətləndirib.

Tarix
2017.02.17 / 23:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla