Yuxarı

Türklər “Şaban”a görə bu qadına hiddətləndi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli jurnalist, köşə yazarı Cəmilə Bayraqdarın Tvitter hesabında məşhur aktyor Kamal Sunalın (Şaban) filmlərini insanlar üçün təhqir adlandırması aktyorun sevənləri tərəfindən birmənalı qarşılanmayıb.

Kult.az xəbər verir ki, C.Bayraqdarın sözügedən açıqlamasından sonra çoxsaylı sosial şəbəkə istifadəçiləri Tvitterdə Kamal Sunal Xalqdır(#kemalsunalhalktır) həştəqi yaradıblar. Pərəstişkarları canlandırdığı müxtəlif obazlarla feodalizmi, ağalığı, qadın hüquqlarının tapdalanmasını tənqid edən, bütün təbəqədən olan insanları bir-birinə sevdirən K.Sunal filmlərinin təhlükəli xarakter daşımadığını bildiriblər.

Sənətkarın oğlu aktyor Əli Sunal isə C. Bayraqdarın sözlərinin heç bir əhəmiyyət kəsb etmədiyini deyib:

“Cəmilə Bayraqdar atamın filmlərini bəyənməyə bilər. Bu, çox da vacib deyil, amma filmlərinin bərbad və xalqa təhqir olması haqda fikirləri əsassızdır. Kamal Sunal kürəyini xalqa söykəmiş möhtəşəm bir insandır. Doğru olan tək şey budur”.

Qeyd edək ki, C.Bayraqdar ötən gün Tvitter səhifəsində aktyor haqqında “Əlbəttə ki, Sunal bizim brendimizdir, amma bu ölkəyə zehni mənada edilmiş ən böyük pislikdir. Bu filmlər rəsmən insan zəkasına təhqirdir. Təzyiqlərə hazıram, bəyənməsəniz də, doğrusu budur” sözlərini yazıb.

Tarix
2018.08.07 / 16:41
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla