Yuxarı

"Azərbaycan bütün dünyada belə tanınır"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərbaycan bütün dünyada belə tanınır"

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Tolerantlığın Azərbaycan modeli" mövzusunda elmi seminar keçirilib.

UNEC-dən Axar.az-a bildiriblər ki, tədbirdə bu ali təhsil ocağının prorektoru, dosent Səadət Qəndilova Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixi barədə məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən cari ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi bu uğurlu siyasətin bariz nümunəsidir. Ölkəmizin bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını deyən prorektor multikulturalizmin Azərbaycan modelinin dünya üçün nümunə olduğunu qeyd edib.

Müasir dövrdə ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsindən danışan Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov diqqətə çatdırıb ki, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, respublikamızda hər bir vətəndaşa həmişə bərabər münasibət göstərilib. O, milli dəyərlərin qorunub saxlanılması üçün davamlı olaraq yeni proqram və layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Seminarda UNEC-in professoru Zakir Məmmədəliyev, texnologiya və dizayn fakültəsinin tələbəsi Cəmilə Abdullayeva çıxış edərək xalqımızın tolerant və multikultural dəyərlərə verdiyi qiymətdən, bu sahədə dövlətin yürütdüyü siyasətdən və gənclər tərəfindən həyata keçirilən layihələrdən söz açıblar.

Mövzu ətrafında müzakirələr aparılıb.

Tarix
2016.11.17 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla