Yuxarı

Səməd Seyidov: "Onlar alətə çevrilməməlidirlər"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AŞPA-nın qış sessiyasının plenar iclasında ölkəmizin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

Azərtac xəbər verir ki, S.Seyidov çıxışında qeyd edib: Avropa Şurasında biz öz dəyərlərimizi qorumalıyıq. Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidirlər. Qeyri-hökumət təşkilatları, müxtəlif dairələr Avropa Şurasına öz diktələrini yeritmək istəyirlər. Ancaq Parlament Assembleyası onlara qulaq asıb onların diktəsi altında işləməməlidir.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu məsələ hələ də gündəmdədir. AŞPA prezidenti bu gün açılış nitqində də bunu qeyd edərək bildirib ki, Avropa Şurasından bir alət kimi, ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər və bunun qarşısı alınmalıdır.

“Biz hesab edirik ki, bu gün Parlament Assambleyasında baş verən hadisələr, yəni müxtəlif qeyri-hökumət təşkilatlarının Parlament Assembleyasına Azərbaycanla bağlı göndərdiyi müraciətlər məhz belə məqsəd daşıyır. Onlar çalışırlar ki, Parlament Assembleyası hörmətini itirsin və AŞPA-da parçalanma proseslərinə yol açsınlar. Buna yol verilməməlidir”, - deyə S.Seyidov vurğulayıb.

Tarix
2017.01.24 / 01:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla