Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 May 2018


İlham Əliyev Ruhanini təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Ruhani,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qazandığınız qələbə xalqın Sizə olan inam və etimadının göstəricisi, dost və qardaş ölkənizin inkişafı və rifahı naminə gördüyünüz işlərə verilən yüksək qiymətdir.

Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasındakı siyasi dialoqu, müxtəlif sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı, mədəni əlaqələrimizi, İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirirəm.

İkitərəfli əlaqələrimiz xüsusən son illərdə yüksələn xətlə inkişaf etmiş və yeni məzmun kəsb etmişdir. Sizinlə keçirdiyimiz görüşlər, apardığımız danışıqlar, imzaladığımız sənədlər və həyata keçirdiyimiz layihələr münasibətlərimizin inkişafında mühüm rol oynayır.

İnanıram ki, ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Tarix
2017.05.20 / 14:13
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İrəvanın sahibləri də nə edəcəklərini bilmir

Bakıdan başlayan bu layihələr... – Duda

Xlopotovdan SOS: Bakı İrəvanı milçək kimi əzəcək

Dünya liderləri İlham Əliyevi təbrik edir...

Sərkisyan vəzifəsində qalır: Partiyadan açıqlama

ABŞ-ın Qarabağ planı: Paşinyan hakimiyyətə niyə gətirildi?

Bu, sülh prosesini öldürmək deməkdir - Məmmədyarov

Ermənistan XİN başçısı ilə görüş yeri və tarix... – Nazir

"Paşinyan": Qorxuram Putin məni zəhərləyə... - Audi

Xəzərin statusu ilə bağlı müzakirələr aparıldı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla