Yuxarı

İlham Əliyev Jan Fransua Manseli qəbul etdi - Yeniləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür edib. Dövlətimizin başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını deyib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə edib.

Öz növbəsində Jan-Fransua Mansel ölkəmizə səfər etməsindən və prezident İlham Əliyev ilə yenidən görüşündən şərəf duyduğunu bildirib. Jan-Fransua Mansel Fransa Senatı nümayəndələrinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfələrini vermələri istiqamətində səylərini əsirgəməyəcəyini deyib və bu məqsədlə həyata keçirəcəkləri layihələr və fəaliyyət planları barədə dövlətimizin başçısına məlumat verib.

Tarix
2017.06.24 / 16:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla