Yuxarı

Türkiyə Naxçıvanda baza aça bilərmi? - Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanın qarantı olan Türkiyənin ən azı orada hərbi bazasının olması təbii hal kimi qəbul olunmalıdır.

Bu sözləri analitik Vüqar Zifəroğlu Türkiyənin Naxçıvanda hərbi baza yaradacağı haqda yayılan məlumatları Axar.az-a şərh edərkən deyib. O, bu bazanın Naxçıvanda yerləşdirilməsi üçün demək olar ki, heç bir maneənin olmadığını bildirib:

“Naxçıvanda hərbi bazanın açılması müzakirələrinə Rusiyadan və Ermənistandan olan hərbi və siyasi ekspertlər də qoşulmuşdu. Əslində, Türkiyənin belə bir addım atması mümkündür və bu, bizim də istəyimizdir. Çünki Türkiyə və Azərbaycan arasında yüksək səviyyədə hərbi əməkdaşlıq mövcuddur. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında başqa dövlətin Azərbaycanda hərbi bazasının varlığı göstərilməsə də, Türkiyəyə strateji müttəfiq və qardaş ölkə olaraq icazə verilə bilər. Burada həm də Qars müqaviləsini vurğulamaq lazımdır ki, Naxçıvanın qarantı olan Türkiyənin ən azı orada hərbi bazasının olması təbii hal kimi qəbul olunsun. Türkiyə artıq Qətərdə belə bir baza formalaşdırdı və bununla da tarixində bir ilkə imza atdı. Bunu Naxçıvanda da etmək mümkündür. Lakin şübhəsiz ki, bu zaman Rusiya faktoru da nəzərə alınacaq”.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Naxçıvanda Türkiyənin hərbi baza yerləşdirmək ehtimalı olduğu haqqında informasiya yayılmışdı.

Tarix
2017.07.14 / 13:34
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla