Yuxarı

XİN rəhbərlərinin Bakı görüşü: Əsas hədəflər…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu görüşdə bir çox məsələlər, xüsusən də iqtisadi əlaqələr müzakirə edilib. Çünki Türkmənistanın da əsas məqsədi türkmən qazının Azərbaycan və Türkiyə vasitəsi ilə Avropa bazarına çıxartmaqdır.

Bu sözləri Axar.az-a Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının Bakıda keçirilən görüşü ilə bağlı açıqlamasında politoloq Arzu Nağıyev deyib. Politoloq Azərbaycanın regionda önəmli yer tutduğunu söyləyib:

“Azərbaycan son vaxtlar güclü platformalara önəm verir və diqqət yetirir. Məlum məsələdir ki, Azərbaycan bütün beynəlxalq qurumlarda təmsil olunmaqla bərabər, heç bir hərbi-siyasi və digər bloklara daxil deyil. Son vaxtlar ölkəmiz Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya və bunun kimi önəmli qruplarda da iştirak edərək öz sözünü deyir. Bu, ilk növbədə, Azərbaycan üçün ona görə önəmlidir ki, Azərbaycanı bir vasitəçi dövlət kimi bütün regional dövlətlər qəbul etməyə başlayıb. Təbii ki, Türkmənistanın da əsas məqsədi türkmən qazının Azərbaycan və Türkiyə vasitəsi ilə Avropa bazarına çıxarmaqdır. Xəzəryanı dövlət olaraq Azərbaycan və Türkmənistan arasında normal münasibətlər mövcuddur. Elə bu istiqamətdə əsas məsələ də iqtisadi imkanları dəyərləndirmək və əlaqələri daha yüksək səviyyəyə qaldırmaqdır.

Azərbaycan həm regionda, həm də artıq Avropanın enerji təhlükəsizliyinin təşkilində mühüm rol oynayır. Buna görə də Azərbaycanla eyni müstəvidə çıxış etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həm geosiyasi vəziyyətinə, həm coğrafi mövqeyinə görə Azərbaycan vasitəçi rolu oynamağa daim namizəd olub və indi də reallıqda bunu həyata keçirir”.

A.Nağıyev Rusiya və Türkiyə arasında yaranmış gərginliyin aradan qaldırılmasında Azərbaycanın vasitəçi olaraq çox mühüm rol oynadığını və lazımı gücə malik bir dövlət olduğunu vurğulayıb:

“Tranzit daşımalarda, eyni zamanda, regional təhlükəsizliyin təminində, siyasi-iqtisadi məsələlərdə Azərbaycan mühüm rol oynayır”.

Qeyd edək ki, ötən gün Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakıda üçtərəfli görüşü keçirilib.

Tarix
2017.07.20 / 09:00
Müəllif
Nübar Lətifli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla