Yuxarı

Mahmud Abbas Bakıya təcili nümayəndə heyəti göndərir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail təhlükəsizlik qüvvələrinin Qüds şəhərində, Əl-Əqsa məscidinin qarşısında fələstinliləri terror hücumu təhlükəsinə qarşı yoxlamaq üçün metal detektorları qurşadırması Fələstinlə yeni gərginliyə səbəb olub.

Virtualaz.org xəbər verir ki, Fələstin rəhbəri Mahmud Abbas yaranmış vəziyyətlə bağlı iyulun 19-da Çinə səfərini yarımçıq kəsib və Ramallaha qayıdaraq kabinetin fövqəladə iclasını keçirib.

Mahmud Abbas İsrail tərəfinin hərəkətlərini “status-kvonu dəyişdirmək cəhdi və beynəlxalq hüququn pozulması” adlandırıb. Fələstin lideri yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb və Azərbaycana təcili nümayəndə heyəti göndərməyi tapşırıb. Habelə Mahmud Abbas ərəb xalqını və islam dünyasını fələstin xalqını və Qüdsün müqəddəs məkanlarını müdafiə etməyə çağırıb.

İsrail təhlükəsizlik qüvvələri Əl-Əqsa məscidi qarşısında metal detektorlarını israilli ərəblər tərəfindən əsgərlərə bıçaqlı hücumlardan sonra quraşdırıb. Bu hücum zamanı iki İsrail əsgəri həlak olub. Lakin fələstinlilər metal detektorlarının quraşdırılmasını özlərinə qarşı təhqir hesab edərək məsciddə ibadəti dayandırıblar. Fələstin mənbələri hədələyiblər ki, əgər metal detektorları götürülməsə israillilərə qarşı odlu silahlardan istifadə olunmaqla hücumlar başlayacaq və vəziyyət nəzarətdən çıxacaq.

Xəbər verilir ki, Mahmud Abbas yaranmış vəziyyətlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb, ondan xahiş edib ki, Ankara böhranın fələstinlilərin maraqlarına uyğun nizamlanması üçün İsrail və ABŞ nümayəndələri ilə danışıqlar aparsın.

Fələstin liderinin yaranmış vəziyyətlə bağlı Bakıya nümayəndə heyəti göndərmək tapşırığının detalları açıqlanmasa da şübhə yoxdur ki, belə tapşırıq verərkən Mahmud Abbas Azərbaycanın İsraillə yaxın münasibətlərini, habelə onun islam dünyasında nüfuzunu nəzərə alıb. Rəsmi Bakı xüsusi car çəkməsə də məlumdur ki, bundan əvvəl Azərbaycan İsraillə Fələstin arasında müəyyən vasitəçilik missiyasını üzərinə götürmüşdü. Azərbaycan İsraillə yaxın tərəfdaşlıq münasibətlərinə malik olan, eyni zamanda islam dünyasında ciddi nüfuza malik tək müsəlman ölkəsidir. Və belə görünür ki, Mahmud Abbas da bu amili nəzərə alıb.

Tarix
2017.07.21 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla