Yuxarı

Prezident Belarusun Sərhəd Komitəsinin sədri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri Anatoliy Petroviç Lapponu qəbul edib.

Axar.az xəbər verir ki, Anatoli Lappo Bakıda 1990-cı ildə olduğunu qeyd edərək paytaxtımıza budəfəki səfəri zamanı inanılmaz dərəcədə inkişaf gördüyünü deyib.

O, sərhədçi olaraq öz xidmətinə Naxçıvanda zastava rəisi kimi başladığını məmnunluqla vurğulayıb:

“Mən Naxçıvanda zastava rəisi vəzifəsində çalışarkən Azərbaycanın əfsanəvi oğlu Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam və o illəri xoş təəssüratla xatırlayıram”.

Prezident İlham Əliyev xoş sözlərə görə məmnunluğunu ifadə edib. Dövlət başçısı ötən dövr ərzində Naxçıvanda böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq, qonağın ölkəmizə bu səfərinin onun xidmət etdiyi yerləri yenidən görmək üçün yaxşı imkan yaratdığını deyib.

Görüşdə Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, iki dövlətin sərhəd xidmətləri arasında əməkdaşlığın əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Tarix
2017.08.09 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla