Yuxarı

4 türkiyəlinin Xankəndinə qanunsuz səfəri... - Hayati Yazıçı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Azərbaycanın daxili hüquq qanunları ilə birbaşa əlaqəli olan bir nüansdir. Mən Azərbaycanın daxili qanunlarına bələd deyiləm.

Bu sözləri AKP sədrinin yardımçısı Hayati Yazıcı Azərbaycanın erməni işğalı altında olan Xankəndi bölgəsinə Azərbaycan tərəfindən izn almadan gedən türk vətəndaşları haqda Axar.az-a danışarkən deyib.

"Əgər belə bir cinayət işi açılıbsa, deməli, bu, Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Türklərin atdığı addım çox problemli bir hərəkətdir. Türk vətəndaşı hər hansı bir erməni vətəndaşı ilə görüşüb hər hansı bir məsələni müzakirə edə bilər. Çünki problemlərin aradan qaldırılması üçün ən yaxşı metod dialoq qurmaqdır. Dünyada görüşüb ünsiyyət qurmaq, hər hansı bir mövzunu müzakirə etmək üçün o qədər yer var ki! Məhz işğal olunmuş Azərbaycan torpağında görüşmələri olduqca problemli bir məsələdir", - Yazıcı deyib.

Qeyd edək ki, bu il sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Ermənistan ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilsə də, bu vaxta qədər qardaş ölkədən reaksiya verilməyib.

Tarix
2017.10.21 / 18:48
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla