Yuxarı

Sərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi, amma...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün çağırıb. Məhkəmə istintaqı zamanı Kataloniya parlamentinin spikeri Karme Forkadelin həbsinə qərar verilib. Maraqlıdır, bəs Dağlıq Qarabağda seperatizm törədənləri bu şəkildə axtarışa verib, məhkəmə qarşısına çıxarmaq mümkündürmü?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, Azərbaycan bunu 1988-91-ci illərdə, yəni Dağlıq Qarabağda separatizm dalğası başlayanda etməli idi:

“Lakin həmin dövrlərdə bir sıra məlum səbəblərdən bunu edə bilmədi. Sonradan Qarabağda müharibə başladı və həmin separatçılar artıq separatçılıq həddini də aşıb müharibə cinayətkarlarına çevrildilər ki, onların başında Ermənistanın indiki və keçmiş rəhbərliyi, Dağlıq Qarabağın separatçı rejimi də var. Onlar bu gün də həmin əməllərinə davam edirlər. Təəssüf ki, həmin şəxsləri müdafiə edən qüvvələr də çoxdur - bəzi böyük dövlətlər, konkret olaraq, əvvəllər SSRİ, daha sonra Rusiya, bəzi Qərb ölkələri və s”.

Politoloq qeyd edib ki, ikili standart bu məsələdə daha qabarıq formada özünü göstərdi:

“Kataloniya separatçılarının ayrıca bir dövləti yoxdur, İspaniyanın tərkibində bir muxtariyyət statusu olan ərazidir və İspaniya Avropa Birliyi tərəfindən müdafiə olunur, ona separatizmə qarşı mübarizədə hərtərəfli dəstək nümayiş olunur. Ermənistan isə Azərbaycanın torpağını işğal edərək, Qarabağdakı ermənilərə birbaşa hərbi dəstək göstərir. Yəni, ikili standartlar, gördüyümüz kimi, burada da özünü göstərir. İspaniyadakı separatçılar məsuliyyətə cəlb olunur, onlara qarşı beynəlxalq hüququn bu məsələyə dair müddəaları lazımi şəkildə tətbiq olunur. Lakin, təəssüf ki, hərbi cinayət törətmiş və hətta Avropa Şurasının tribunasından bunu etiraf edən Ermənistan rəhbərliyinə münasibətdə bu məsuliyyətin tətbiqinə imkan verilmir”.

Politoloq vurğulayıb ki, haqq-ədalət tez ya gec öz yerini tapır:

“Vaxt gələcək erməni separatçıları da nəinki separatçı, hətta müharibə cinayətkarları kimi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məsuliyyətə cəlb olunacaqlar. Onları indi toxunulmaz edən havadarlarının mövqeyi zəifləyən kimi həmin şəxslər də törətdikləri cinayətlərin cavabını verməli olacaqlar. Nürnberq, keçmiş Yuqoslaviya üzrə hərbi tribunalar buna misal ola bilər. Rusiyanın Cənubi Qafqazdakı mövqelərindən geri çəkilməsi baş verəcəyi təqdirdə erməni separatçıları artıq tək separatçı kimi yox, həm də müharibə cinayətkarları kimi beynəlxalq hərbi tribunal qarşısına çıxarıla bilər”.

Tarix
2017.11.13 / 11:54
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla