Yuxarı

Putinin Qarabağ ümidsizliyi: Ərdoğan nəyə işarə etdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli olmadığını bildirməsindən iki vacib nəticə çıxır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi təhlilçi ilk növbədə onu bildirib ki, Kreml İrəvana təsir yolu ilə işğal altındakı 5 rayonun qeyd-şərtsiz azad olunmasında maraqlı deyil:

“Bunun yerinə yetirilməsinin şərtləri isə bizim üçün ağırdır. Ona görə də onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırkı fəallığı münaqişənin həllinə yönəlməyib. Onda məntiqi sual doğur: Putin münaqişənin həlliylə bağlı ümidli deyilsə, hazırkı intensivlik nə ilə bağlıdır, Sergey Lavrovu Bakı və İrəvana niyə göndərir? Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil. Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, Aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır. Bu da işğalçı dövlətin maraqlarına cavab verir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Prezident Putinlə Qarabağ məsələsini müzakirə etdiyini, lakin Putinin bu məsələnin həllinə ümid bəsləmədiyini bildirib.

Tarix
2017.11.17 / 14:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla