Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


ABŞ Türkiyəyə imkan verməyəcək: maraqlar toqquşur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyəyə imkan verməyəcək ki, Suriyadakı özəl maraqlarını Rusiya ilə davam etdirsin.

Bunu Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, ümumiyyətlə ABŞ heç vaxt kürd faktorundan Türkiyəyə qarşı istifadə etməyib:

“ABŞ-ın YPG-ni silahlandırmaqda əsas məqsədi İŞİD-ə qarşı mübarizə adı altında Yaxın Şərq layihəsini reallaşdırmaqdır. Məlum məsələdir ki, istər Suriya, istər İraq, istərsə də ərəb dövlətləri ilə bağlı böyük güclərin öz maraqları var. ABŞ da öz maraqları naminə məhz PYD rıçağından istifadə edir. Sadəcə, PYD-nin PKK ilə əlaqəsinin olması birbaşa Türkiyəyə təhdiddir. Ankaranın narahatlığı PYD-nin ABŞ-dan əldə etdiyi silahları PKK-ya verməsi və bu silahlardan Türkiyənin Suriya və İraq sərhədində istifadə edilməsi ehtimalı ilə bağlıdır. Əslində, ABŞ PYD-ni silhlandırsa da, Kürdüstanın müstəqil bir dövlət kimi yaranmasına mane olmaqla NATO çərçivəsində Türkiyə ilə bir yerdə olduğunu nümayiş etdirdi. Eyni zamanda, Türkiyə ABŞ-ın siyasi, iqtisadi və hərbi baxımdan ən vacib tərəfdaşlarından biridir. NATO silah-sursat daşımalarının Türkiyənin ərazisindən keçməsinə çox böyük önəm verir”.

Politoloq Türkiyə-ABŞ gərginliyini artıran məqamlara da aydınlıq gətirib:

“Ankara və Moskvanın sıx yaxınlığı ABŞ-ın xarici siyasətinə ziddir. O üzdən Türkiyə və Rusiya arasında bir sıra iqtisadi razılaşmalar ABŞ-ı narazı salıb. Ayrıca, Rusiyanın ABŞ-Türkiyə gərginliyində maraqlı olması prosesi daha da qəlizləşdirir. ABŞ bu gün vəziyyəti yumuşaltmaq üçün YPG-nin silahlandırılmasını dayandıra bilər və bunu edəcək. Çünki ABŞ Türkiyə əleyinə deyil. İş orasındadır ki, YPG-nin əlində cəmləşən silahları yenidən yığışdırmaq mümkün olmayacaq. Bunun səbəbi isə Yaxın Şərq layihəsinin sona çatmaması, ABŞ-ın Suriya və İraqdakı özəl maraqlarını sürdürməsi, ümumiyyətlə, Qərbin strateji planlarından vaz keçməməsidir”.

Ekspert hesab edir ki, regional güclər siyasi vasitələrlə iqtisadi hədəflərinə nail olmaq üçün öz fəaliyyətlərini davam etdirəcəklər:

“Ümumiyyətlə, Türkiyə və Rusiya yaxınlığı artdıqca ABŞ ikinci plana keçməmək üçün bu yaxınlığı pozmağa çalışacaq. Ancaq gələcəkdə Türkiyə və ABŞ-ın ortaq məxrəcə gələcəyini düşünürəm. Hətta Yaxın Şərq məsələsində də bir yaxınlaşma istisna deyil. Bir sözlə, ABŞ Türkiyəyə imkan verməyəcək ki, Suriyadakı özəl maraqlarını Rusiya ilə davam etdirsin”.

Tarix
2017.12.06 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

XİN rəhbəri İtaliya Senatının sədri ilə görüşdü

Baş nazir Meredovla görüşdü

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - Foto

Parlament qərar verdi: Kosova ordu yaradır

“Reqnum”da erməni arqumentini darmadağın edən – Təhlil

İlham Əliyev Rəşid Meredovla görüşdü

İlham Əliyev İtaliya Senatının sədri ilə görüşdü

Prezident onların maaşlarını qaldırdı: 3 sərəncam, 2 fərman

Ermənilər Kəlbəcərdə qəsəbə saldı – Bakıdan reaksiya

Bakıdan Rusiyaya cavab: Onlar yaxşı bilir ki…

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla