Yuxarı

Putin azərbaycanlı generalla görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Prezidenti Vladimir Putin Vətən Müdafiəçiləri Günü ilə bağlı Kreml Dövlət Sarayında baş tutan təntənəli mərasimə dəvət edilən Azərbaycan, Ermənistan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus və Qırğızıstan müdafiə nazirləri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytı məlumat yayıb.

“Sizin, paqon gəzdirən şəxslər olaraq, silaha, orduya, dövlətin güc strukturlarına xüsusi münasibətiniz var. Siz başqalarından fərqli olaraq daha yaxşı başa düşürsünüz ki, buna necə həssas yanaşmaq lazımdır və bu həssas sahədə etibar necə yüksək qiymətləndirilir.

Aranızda 23 fevralın onun üçün xüsusi tarixi əhəmiyyət kəsb edənləri ikiqat təbrik edirəm. Sizə, xidmət yoldaşlarınıza, xalqınıza xoş arzularımı bildirirəm. Sizə isə öz dövlətinizin təhlükəsizliyinin təminatında uğurlar arzulayıram”, - Putin bildirib.

Putin qonaqların Rusiya Müdafiə Nazirliyinin işi ilə tanış olmaq üçün vaxt tapacaqlarına inandığını bildirib:

“Nazirlər üçün danışmağa mövzu var: bizdə Silahlı Qüvvələrin idarə olunması üçün kifayət qədər yüksək texnologiya, rahat strukturu olan Milli Müdafiə Mərkəzi yaradılıb. Ümid edirəm, bu təcrübə sizin ordu üçün də tətbiq edilə bilər”.

Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov bu gün Belarusa rəsmi səfərə gedib. Azərbaycan Müdafiə Nazirliyini Moskvadakı görüşdə nazir müavini Kərəm Vəliyev təmsil edir.

Tarix
2018.02.22 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla