Yuxarı

Ölkəmizdə 30 min erməni yaşayır – Əli Həsənov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün azərbaycanda 10 milyon əhali var, titul nümayəndələri 8 milyondan artıqdır, qalanlar isə etnik azlıqlardır. Olardan 4-nun sayı 100-200 mindən artıq, 5-nin sayı 20-50 minə qədər, qalan 30-a qədər milli azlıqların sayı 10 minə qədərdir. Gördüyünüz kimi, ölkəmizin etnik sayı kifayət qədər zəngin və qarışıqdır.

Axar.az xəbər verir ki, bu sözləri Prezidenti ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov VI Qlobal Forumda çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycandakı etnik azlıqların 90 faizi müsəlman, 6-7 faizi xristianlardır, yəhudilərin sayı isə 30 minə yaxındır:

“Son 50 ildə etnik tərkibin müqayisəli təhlili zamanı görürük ki, ölkəmizdə bu məsələdə dəyişiklik müşahidə edilmir. Bu vaxta qədər etnik, dini separatizm müşahidə edilməyib. Yeganə məqam aqressiv erməni separatizmi ilə bağlıdır. Bir vaxtlar Azərbaycanda ermənilərin sayı bugünkündən dəfələrlə çox idi. 1988-ci ildə azərbaycanlılar Ermənistan əraizisindən zorla çıxarılandan sonra Bakıdan ermənilər getdilər. Bu gün isə ölkəmizdə 30 min erməni yaşayır. Ləzgi, talış və ruslar bu gün ölkəmizdə əsasən kompakt halda yaşayırlar. Bu xalqlar Azərbaycanda özünü komfortlu hiss edirlər. Bu vaxta qədər onların hər hansı cəmiyyət səviyyəsinə qaldırılacaq problemi olmayıb. Bunun səbəbi Konstitusiyamızda xalqların hüquqlarının sivil normalara əsaslanması ilə bağlıdır. Bu insanlar öz dillərində danışa, informasiya, təhsil ala bilirlər. Milli azlıqların problem yaşamamasının kökündə həm də ölkənin suverən hüquqları dayanır. Bundan başqa, milli azlıqlar dövlət dilini bilməli, konstitusiyaya əsaslanan münasibət qurmalıdırlar. Bu münasibətlərin qurulmasında növbəti məqam maraqların balansıdır. Tolerantlıq milli azlıqlar arasındakı münasibətlərin əsasını təşkil edir. Bütün milli azlıqlar Azərbaycanda özlərinin təmsilçilik, realizə hüquqlarını gerçəkləşdirə bilirlər. Titul xalqdan olmayanların hüquqlarına, adətlərinə hörmətlə yanaşılır. Bu bizim Konstitutsiyamızın əsasəını təşkil edir. Başqa cür yanaşmaq mümkün deyil”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda multicultural dəyərlər diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu dəyərləri pozan yeganə məqam etnik və milli separatizmdir.

“Bu da kənardan ölkəmizin ərazisinə iddialardan qaynaqlanır. Ermənistan bu gün kənar dövlət olaraq Azərbaycan ərazilərinə iddialar irəli sürür”.

Tarix
2018.03.15 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla