Yuxarı

Ermənistan bir neçə hissəyə parçalanacaq... – Ssenari

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Serj Sərkisyana qarşı Ermənistanda keçirilən etirazlara şəxsi hərbi bazada qiyam kimi baxır və vəziyyətin Ukrayna ssenarisi üzrə getməməsi üçün plan hazırlayır.

Publika.az xəbər verir ki, bu haqda ekspert, beynəlxalq hüquq mütəxəssisi Ruslan Osipenko Oboz TV-nin efirində İrəvandakı kütləvi aksiyaları şərh edərkən bildirib.

“Ermənistan Rusiya üçün Qafqazda çox əhəmiyyətli dayaq nöqtəsidir. Orada Rusiyanın hərbi bazası yerləşir və sərhədlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birgə qorunur. Rusiya beynəlxalq münasibətlərdə Ermənistandan İran, Türkiyə və Azərbaycan kimi ölkələrə qarşı alət kimi istifadə edir”, - Osipenko deyib.

Ekspert əmindir ki, Rusiya Ermənistanda mənfi ssenarinin inkişaf etməsinə imkan verməyəcək:

“Moskva İrəvanı sadəcə, itirmək istəmir. Bu mənafe konfliktidir. Pis ssenari üzrə qarşıdurma Ermənistan ərazinin bir hissəsinin itirilməsi və ya ölkəni hissələrə bölünməsi ilə nəticələnə bilər. Amma Rusiya Ermənistan üçün çox möhkəm dayaqdır. O, Qafqazda geosiyasi müttəfiqini asanlıqla verməyəcək”.

Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti Ukraynada olduğu kimi, etirazçıların güllələnməsi əmrini verməyəcək.

“Düşünürəm ki, orada Rusiyanın xüsusi xidmət orqanlarının müdaxiləsi olacaq və hansısa bir sakitləşdirici addımlar atılacaq. Mümkündür ki, Serj Sərkisyanı əvəz edəcəklər, yaxud da vaxt udmaq və özü üçün münasib modeli tapmaq üçün danışıq prosesinə daxil olacaqlar. Amma Rusiya Ermənistanın özündən uzaqlaşmasına və müstəqil xarici siyasəti həyata keçirməsinə imkan verməyəcək, çünki, o çox əhəmiyyətlidir”, - Osipenko yekunlaşdırıb.

Tarix
2018.04.19 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla