Yuxarı

MM-də 6 deputat yeri boşaldı: seçki keçiriləcək? - Siyahı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamından sonra Milli Məclisdə boşalan deputat yerlərinin sayı 6-ya qalxıb.

Axar.az xəbər verir ki, Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatları dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); deputat səlahiyyətlərini itirir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkə prezidentinin sərəncamı ilə 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildən sonra onun millət vəkili kimi səlahiyyətlərinə xitam verilmişdi.

Millət vəkili Astan Şahverdiyevin aprelin 15-ində vəfatından, Nazirlər Kabinetinin yeni tərkibində yer alan Rövşən Rzayev (Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri), Fuad Muradov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri), Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəisi) və Muxtar Babayevin (Ekologiya və Təbii Sərvətlər naziri) deputat fəaliyyətinə xitam verilməsi ilə boşalan deputat yerləri 6-ya qalxıb.

Bəs görəsən, Milli Məclisdə boş qalan yerlərə yeni millət vəkillərinin seçilməsi üçün seçkilər keçirilə bilərmi?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev saytımıza bildirib ki, MSK millət vəkillərinin mandatına xitam verdikdən sonra 1 ay müddətində yalnız onların təmsil olunduğu rayon, şəhər üçün əlavə seçkilərin keçirilməsi haqda qərar qəbul edə bilər:

“Seçki Məcəlləsində müəyyənləşdirilib ki, Milli Məclisin üzvlərinin səlahiyyətlərinin bitməsinə 120 gündən az vaxt qalırsa, seçki keçirilmir. Qalan bütün hallarda əgər Milli Məclisin üzvlüyünə vakansiyalar varsa, seçkilər keçirilməlidir. Deputat mandatına xitam verilməsindən bir ay müddətində seçkilərin təyin edilməsi istiqamətində qərar qəbul edilməlidir. Hazırda 6 deputat yeri boşdur. Nəzərə alsaq ki, Milli Məclisin üvzlərinin səlahiyyətlərinin bitməsinə 2 ildən artıq vaxt qalıb, demək, qanunvericiliyin tələblərinə uyğun olaraq, seçkilər keçirilməlidir”.

Tarix
2018.04.24 / 13:49
Müəllif
Nərmin, Büllurə
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla