Yuxarı

Türklər Azərbaycanda həyatları bahasına... - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İcra Aparatı, İdarə Heyəti, MNTK və bir sıra rayon təşkilatlarının təmsilçiləri Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Axar.az xəbər verir ki, ziyarət zamanı abidə önünə əklil qoyulub, şəhidlərin ruhuna dualar oxunub. BAXCP-nin Baş katibi Yaşar Kələntərli bildirib ki, 1918-ci ilin mayında Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Qafqaza gəlməsi, Azərbaycan xalqını erməni və bolşevik hərbi birləşmələrinin soyqırımından xilas etməsi danılmaz tarixi faktdır:

“Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin öz həyatları bahasına Azərbaycanda, Dağıstanda yaşayan xalqları ermənilərin qanlı, amansız cinayətlərindən xilas etməsi sübuta yetirir ki, türk əsgəri xilaskardır. O, ayaq basdığı hər yerə ədalət gətirir, məzlumları qoruyur, zalımlara isə layiq olduqları cəzanı verir”.

BAXCP Ali Məclisinin sədri, tarixçi alim Vaqif Abışov Qafqaz İslam Ordusunun keçdiyi yoldan, türk əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarından söhbət açıb.

Daha sonra BAXCP təmsilçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarlarını ziyarət ediblər, Əbədi Məşəlin önünə əklik qoyublar, şəhidlərin ruhuna dualar oxuyublar.

Xatırladaq ki, 2007-ci ildən başlayaraq, BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd edir.

Tarix
2018.04.24 / 17:51
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla