Yuxarı

Şok plan: Moskva Paşinyanı belə devirəcək – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan mühüm əhəmiyyətli məsələləri parlamentdə yox, teatr meydanında keçirdiyi mitinqlərlə qanun halına salmaq fikrindədir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, bu, çox qəribə və dünya praktikasında görünməmiş hadisədir:

“Paşinyan parlament seçkilərini mümkün qədər tez, maksimum 2-3 aya keçirmək istəyir. Çünki Serj Sərkisyan və onun tərəfdarları olan Respublikaçılar Partiyası parlamentin işini boykot edir. Buna görə də Paşinyan yeni bir metoda əl atıb və mühüm əhəmiyyətli məsələləri parlamentdə yox, teatr meydanında keçirdiyi mitinqlərlə qanun halına salmaq fikrindədir. Görünür, o, çıxılmaz vəziyyətdədir və ona görə də bu cür üsula əl atır. Ermənistan qanunvericiliyinə görə, yeni parlament seçkiləri zamanı baş nazir istefa verməlidir. Paşinyan isə həmin qanunu xalq tərəfindən ləğv etdirəcəyini və keçid dövrünün xüsusiyyətlərini nəzərə alaraq, konstitusiyaya baş nazirin vəzifəsində qalması müddəasını salacağını bildirir. Bu, legitimliyi və əsaslılığı şübhə doğuran bir addımdır və yəqin ki, parlament, Sərkisyan-Köçəryan birliyi, çoxsaylı oliqarxlar tərəfindən ciddi surətdə rədd ediləcək. Bu fonda cəmiyyətdə parçalanma qaçılmazdır”.

Politoloq Ermənistanda müxalifətin ciddi surətdə təşkilatlandığını da qeyd edib:

“Seçkilər, qeydiyyat məsələləri və seçki təbliğatı üçün ayrılan vaxt qısaldılıb. Bu, ölkədə qarşıdurma yaradacaq proseslərə rəvac vermək kimi dəyərləndirilə bilər. Diqqəti çəkən əsas cəhət isə müxalifətin getdikcə daha da fəallaşmasıdır. Köçəryan partiyanın yaradılmasını elan edib, Sərkisyan tez-tez oliqarxlarla görüşlər keçirir. Respublika Partiyası regionlarda aktiv iş apararaq tərəfdarlarını səfərbər edir. Zənnimcə, Moskvanın emissarları da Ermənistanın bütün ərazilərində, xüsusilə də İrəvanda xeyli fəallaşıb. Məqsəd təbii ki, Paşinyanı hərbi çevriliş yolu ilə deyil, daha mədəni - konstitusion yolla devirməkdir”.

Q.Hüseynli hesab edir ki, Rusiyanın Ermənistan kimi kiçik bir ölkədə seçkilərin nəticələrinə təsir edə biləcəyi heç bir şübhə doğurmur:

“Hesab edirəm ki, Ermənistanda erkən parlament seçkisi ərəfəsində etirazlar xeyli qızışacaq. Bir tərəfdən Sərkisyan-Köçəryan və onlara yaxın blokların toplusu, o biri tərəfdən isə xalqın müəyyən hissəsi, Paşinyan və ona yaxın partiyalar üzə-üzə gələcəklər. Bu fonda çox ciddi siyasi qarşıdurma və gərginlik gözlənilir. Belə bir şəraitdə isə əlbəttə ki, seçkilər pozula və hətta lokal miqyaslı toqquşmalar da ola bilər. Bu da son anda seçkilərin nəticələrinin tanınmasına gətirib çıxara bilər”.

Tarix
2018.08.21 / 15:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla