Yuxarı

Nikol şəraiti “yetişdirdi”: Hərbi variant aktivləşir - Polkovnik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir təlim bizi gələcək savaşa və qələbəyə yaxınlaşdırır.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi son təlimlər artıq erməni cəmiyyətinə təsir edib:

“Yayılan informasiyalara görə, Ermənistan rəsmiləri artıq beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycanın hərbi addımlarından sığortalanmağa çalışırlar. Ermənistan rəhbərliyi bir müddətdir verdikləri təxribatçı açıqlamalarının bədəlinin ağır olacağını hiss edib, artıq Azərbaycanın sülhdən hər an imtina edə biləcəyindən narahatlıq keçirirlər. Təbii ki, bu təlimlər bizim düşmənlərimizə mesajımızdır. Bu təlimlər çox gərgin və mürəkkəb siyasi şəraitdə geçirilir. Azərbaycanın heç vaxt öz torpaqlarını güc yolu ilə azad etməyə belə yaxın olmayıb. Bu da Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe tutaraq, danışıqlara getməkdən imtina etməsinə görədir. Erməni tərəfi hər zaman müxtəlif bəhanələr gətirərək danışıqlar prosesinin uzanmasına şərait yaradır. Paşinyan gah Qarabağın Ermənistana birləşməli olduğu tələbi ilə çıxış edir, gah da Azərbaycanın Qarabağdakı separatçı rejimlə danışmalı olduğunu bəyan edir. Ölkə başçısı bundan əvvəl çıxışlarında sərt şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ ərazisində baş verəcək toqquşmalara görə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə seçilən rəhbərliyi - münaqişənin həll prosesində maraqlı olmayan tərəf məsuliyyət daşıyır. Bu, artıq xəbərdarlıqdır: Azərbaycan hər an öz torpaqlarını azad etməyə başlaya bilər. Artıq ciddi hərbi təlimlərin start götürməsi sübut edir ki, Ermənistan Azərbaycana güc yolundan başqa seçim qoymur”.

Polkovnik vurğulayıb ki, erməni tərəfinin cəmiyyətdə mövcud olan gərginliyi azaltmaq üçün belə populist bəyanatlarla çıxış etdiyi məlumdur:

“Erməni əsgərlərinin işğal olunmuş Azərbaycan torpaqlarında xidmət çəkmək istəmədiyini bilirik. Dəfələrlə bununla bağlı Ermənistanda mitinqlər keçirilib.

Bu yaxınlarda Paşinyanın həyat yoldaşı “Analar Sülhə doğru” adında bir təşkilat yaradıb. O, tədbiri Qarabağda ölmüş erməni əsgərlərin, zabitlərin anaları ilə birlikdə təşkil edib. Bununla əlaqədar Azərbaycan analarına da müraciətlər olur. Təbii ki, bu da ermənilərin müəyyən bir hiyləsidir”.

Polkovnik qeyd edib ki, hazırda şərait çox mürəkkəbdir:

“Azərbaycan güc yolu ilə öz torpaqlarını işğaldan azad etməyə, bir növ, təhrik edilir. Çünki beynəlxalq qurumlar Paşinyanın qeyri-konstruktiv mövqeyini nəzərə alaraq, geri çəkiliblər, yəni danışıqlar iflic vəziyyətdədir. Bu gün qeyri-konstruktiv mövqe göstərən Paşinyanla beynəlxalq qurumlar işləmək istəmir. Ona görə ki, burada sülhə doğru heç bir addım atılmır. Bu da onu göstərir ki, artıq hər an Azərbaycan ərazi bütövlüyünün bərpası ilə bağlı savaşa başlaya bilər. Bunun üçün müəyyən bir şərait də yaranıb. Ermənistanın özündə gedən daxili problemlər, Paşinyanın gündən-günə düşən nüfuzu, Rusiya ilə Ermənistan arasında olan soyuqluq buna zəmin yaradır. Paşinyan özünü Rusiyaya ən etibarsız dövlət başçısı kimi təqdim edib”.

Tarix
2018.09.19 / 14:19
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla