Yuxarı

Azərbaycanda bu cür hallar heç vaxt olmayıb - Qurbanlı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Avropa İttifaqının Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Səccad Kərim ilə görüşüb.

Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, Mübariz Qurbanlı DQİDK-nın fəaliyyət istiqamətləri, mövcud dövlət-din münasibətləri, dini konfessiyaların fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, ölkəmizdə hökm sürən tolerant və mültikultural mühit barədə danışıb. Bildirib ki, Azərbaycanda 835 dini qurum Dövlət Komitəsində qeydiyyatdan keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam təmayüllüdür. Dövlət Komitəsinin sədri deyib ki, bu gün dünyada, xüsusən Yaxın Şərqdə dinlər və məzhəblər arasında münaqişələr yaşansa da Azərbaycanda bu cür hallar tarixən heç vaxt olunmayıb. Dini və etnik tolerantlığa, dinlərarası və mədəniyyətlərarası dialoqa aid məsələlər ölkəmizdə çox fəal şəkildə müzakirə olunur və Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün konfessiyalara dövlət tərəfindən daim maddi və mənəvi dəstək göstərilir, dini ibadət yerləri təmir olunur, yeniləri tikilir.

Avropa İttifaqının Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Səccad Kərim ölkəmizin bütün sahələrdə dinamik inkişafını, Azərbaycanda dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasəti yüksək qiymətləndirib. Bildirib ki, dünyəvi Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə diqqət və qayğı ilə yanaşır. Bu cür birgəyaşayış modeli bir çox ölkələr üçün nümunə ola bilər. Eyni zamanda, Səccad Kərim Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri yüksək dəyərləndirərək, bütün sahələr üzrə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən din sahəsi ilə bağlı məsələlər müxtəlif aspektlərdə müzakirə edilib. Qeyd olunub ki, bu sahə üzrə müzakirələrin davam etdirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin ola bilər. Eyni zamanda, cari ilin dekabr ayında keçirilməsi planlaşdırılan beynəlxalq konfransa hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Sonda Mübariz Qurbanlı qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edib.

Qeyd edək ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas və DQİDK sədrinin müavini Səyavuş Heydərov iştirak ediblər.

Tarix
2018.09.20 / 21:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla