Yuxarı

Nikol ABŞ-da Sərkisyandan daha pis vəziyyətə düşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın ikibaşlı oyunu Ermənistanı dərin siyasi böhrana sürükləyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Dağlıq Qarabağ problemi çözülməyənə qədər Ermənistanda iqtisadi və siyasi böhran da həllini tapmayacaq:

“Təəssüf ki, Ermənistanın siyasi elitası və Paşinyan bunu heç cür dərk etmir və ya bu istiqamətdə hansısa əməli tədbirlərin həyata keçirilməsində acizdirlər. Ermənistan rəhbərliyi indi də Qarabağ problemi amilini nəzərə almadan digər məsələləri həll etmək niyyətində olduğuna dair görüntü yaratmağa çalışır. Bunun bir məntiqi nəticəsi var, o da Ermənistanın daxili vəziyyətinin pisləşməsi ilə yanaşı, xaricdəki nüfuzunun da aşağı düşməsidir. Belə olan halda da təbii ki, heç bir ölkə Ermənistanla əməkdaşlıqda maraqlı olmaz. Çünki Ermənistan üçün siyasi arenada əməkdaşlıq nəticə etibarilə kimdən nəsə ummaq deməkdir. İşğalçının siyasi resursları və vəsaiti yoxdur, hərbi resursları isə çox məhduddur. Ona görə də Ermənistan daim ABŞ, Rusiya və Çindən nəsə umur. Bu isə dilənçilik siyasətindən başqa bir şey deyil. Əlbəttə ki, bu cür ölkəni və onun başçısını da hazırda heç kəs ciddi qəbul etmir. ABŞ-ın hazırda əsas məqsədi dünyanın aparıcı ölkələri ilə münasibətlərini tənzimləməkdir. ABŞ-a Ermənistan kimi ölkələrə vaxt ayırmaq sərf etmir. Paşinyan isə hələ də real vəziyyəti dərk edib, bundan nəticə çıxarmır. Ötən il Sərkisyanın da ABŞ-a səfəri uğursuzluqla nəticələndi. Ancaq Paşinyandan fərqli olaraq, Sərkisyanı heç olmasa Dövlət Departamenti rəhbərinin müavini qəbul etdi. Paşinyanı heç onlar da qəbul etmir. ABŞ-la bir nəticə əldə etməyən kimi Ermənistan dərhal Rusiya ilə oynamağa başlayır. Moskva bunu çox gözəl başa düşür, ona görə də Putinlə danışıqlar İrəvana konkret xeyir gətirmədi. Üstəlik, KTMT-yə rəhbərlik də artıq Ermənistandan alınır. Təkcə bu iki fakt Paşinyanın ikibaşlı oyununun fiaskoya uğradığını söyləmək üçün yetərlidir. Belə bir vəziyyət isə Azərbaycanın xeyrinədir”.

Politoloq çıxılmaz vəziyyətdə olan və siyasi nüfuzunu itirən Ermənistanın dünya gücləri üçün heç bir maraq kəsb etmədiyini deyib:

“Azərbaycanın siyasi nüfuzu getdikcə artır. O üzdən də hesab edirəm ki, həmsədrlər və dünya gücləri Qarabağ məsələsinə kifayət qədər ciddi yanaşmalıdırlar. Nə qədər ki, dünya Ermənistanın apardığı bu siyasətə göz yumacaq və işğalçını şərti də olsa, sığortalayacaq, vəziyyət dəyişilməz olaraq qalacaq. Bu isə son nəticədə yeni hərbi qarşıdurma vəziyyətinin yaranmasına gətirib çıxara, bütövlükdə regionu təhlükəyə ata bilər”.

Tarix
2018.09.25 / 15:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla