Yuxarı

Türkiyə və Azərbaycan arasında daha bir memorandum - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankara şəhərində “Türk Şurasının Türkdilli Diasporla Birgə Fəaliyyət Strategiyası”na dəyişikliklərin təsdiq edilməsi haqqında qərar imzalanıb.

Report-un xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diasporla iş üzrə nazirlər və qurum rəhbərlərinin 3-cü iclasının yekununda Azərbaycan da daxil olmaqla dörd ölkənin diaspor nazirləri “Türkdilli Diaspor Birgə Fəaliyyət Strategiyası”na edilən dəyişikliklərin təsdiq edilməsi haqqında qərarı və 2019-cu il üçün fəaliyyət planını imzalayıblar.

Üzv dövlətlərin bütün sahələrdə birgə əməkdaşlığını intensivləşdirmək, xalqların arasındakı birliyi artırmaq üçün TDƏŞ-ə üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin 4-cü iclasının Qazaxıstanda keçirilməsi də qərara alınıb. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə və Azərbaycan arasında bir çox sahələrdə ikitərəfli formatda mövcud əməkdaşlığı əhatəli şəkildə çoxtərəfli əməkdaşlığa çevirməyi nəzərdə tutan memorandumu imzalayıblar.

Bununla yanaşı, F.Muradov və Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları Departamentini rəhbəri Abdullah Eren "Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandomu"nu imzalayıblar.

F.Muradov qəbul olunan qətnamədən sonra sözügedən qurumla daha sıx və səmərəli əməkdaşlıq ediləcəyini bildirib. Komitə sədri Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları Departamentinin fəal təmsilçiləri olan Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Tarix
2018.11.08 / 22:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla