Yuxarı

Bu baş versə, Fransa günahı özündə görsün - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Bako Saakyanın qeyri-qanuni səfərinə göz yummaqla və terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat vurğulayıb ki, beynəlxalq hüquqda və hər bir ölkənin milli qanunvericiliyində bir terrorçunun sərbəst hərəkəti, rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir:
“Fransa hökuməti Korsikada separatçılığa qarşı kəskin siyasət apardığı halda Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. Əgər gələcəkdə Korsikadakı separatizm kimlərsə tərəfindən dəstəklənərsə, Fransa günahı elə özünün yanlış siyasətində görməlidir. Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir, əksinə, açıq şəkildə postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq Bako Saakyan kimi terrorçu bu Avropa ölkəsində sərbəst şəkildə görüşlər keçirir, ianələr toplayır. Bu, yolverilməzdir”.
Millət vəkili bildirib ki, bütün bunlar Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmini pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir:
“Hesab edirəm ki, tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır. Hətta lazım gələrsə, ikitərəfli münasibətlərlə bağlı digər məsələlər də nəzərdən keçirilməlidir. Əks təqdirdə, bu cür gizli dəstəklər açıq müstəviyə keçməklə mənfi presedent yarada bilər. Bu da nəinki Azərbaycanda, həmçinin İspaniya, Belçika, İsveçrə, Almaniya və digər Avropa ölkələrində etnik separatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Bu isə bütün dünyada yeni çaxnaşmanın yaranması deməkdir. Bu səbəbdən Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla, beynəlxalq təşkilatlar Fransanın belə qərəzli mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur”.

Tarix
2018.11.16 / 16:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla