Yuxarı

Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir – Şahnazaryan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu növbədənkənar parlament seçkisi Ermənistan tarixinin ən biabırçı seçkisidir.

Axar.az xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından namizəd olan David Şahnazaryan jurnalistlərə açıqlamasında deyib. O, seçkiöncəsi təbliğat kapmaniyasının az olmasına təəssüf edib:

“Seçki kapmaniyası zamanı təhdidlər səsləndirildi, hakim qüvvə tərəfindən təzyiq halları baş verdi”.

Jurnalistlərin ötən seçkilərdə qanun pozuntusunun daha çox olması barədə qeydinə cavab olaraq Şahnazaryan deyib:

“Amma onda hakimiyyət demirdi ki, bu, qalaktikada ən şəffaf, ən təmiz seçkidir”.

O qeyd edib ki, bu, ölkə üçün çox vacib seçkilərdir:

“Ümid edirəm ki, xalq düzgün seçim etdi. Bir seçki bülletenini mən konvertə qoydum, digər ikisini isə cibimə - ona görə ki, onları da digər 8 bülleten kimi zibil qutusuna atmaq istəmədim”.

Şahnazaryan saat 20:00-da RP-nın qərargahında seçki bülletenlərini nümayiş etdirməyə söz verib.

Tarix
2018.12.09 / 19:45
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla